Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4393/2021 03.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhər Xətai Rayon DYPŞ tərəfindən qəbul edilmiş 20.04.2020 -ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Xətai Rayon DYPŞ tərəfindən qəbul edilmiş 20.04.2020 -ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək göstərdi ki, onun xəbəri olmdan 20.04.2020-ci il tarixdə Xətai rayon X6 Şöbəsinin Polis polkovniki X3 tərəfindən TP ******* nömrəli qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunan qərarla 19.11.2021-ci il tarixdə Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən ona edilmiş zəng əsasında xəbəri olmuş və icra məmuruna yaxınlaşaraq qərarın surətini götürmüşdür. Qeyd edir ki, o, qanunlara dönmədən əməl edən bir insandır və pandemiya dövründə də qəbul edilmiş qaydalara tam riayət edərək heç bir qanun pozuntusuna yol verməmişdir. Bildirir ki, o, Milli Elmlər Akademiyasında işləyir və lazım olan vaxt ümumi portala onların iş icazəsi vurulub və qrafik qaydalarına riayət edərək hərəkət etmişdir. Protokoldan görünür ki, protokol uydurmadır və onun imzası belə yoxdur. Mövcud İXP ******* nömrəli inzibati protokolda qeyd olunub ki, guya o, 19.04.2020-ci il tarixdə, saat 15:59-da Xətai rayonu Ramiz Quliyev küçəsində saxlanılaraq cərimə edilmişdir. Bu vaxtı həftənin birinci günüdür və o, həmin vaxtı işdə olub. Göründüyü kimi, statistik protokol sayı artsın deyə bu cür absurd protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən, barəsində tərtib edilmiş 20.04.2020 -ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai RPİ-nin DYPŞ-nin inzibati xəta haqqında 20.04.2020 -ci il tarixli, İXP ******* saylı protokolundan görünür ki, X2 19.04.2020 -ci il tarixdə saat 15:59-da sms vaxtı bitməsinə rəğmən Ramiz Quliyev küçəsində olub epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğundan barəsində İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər Xətai RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 20.04.2020 -ci il tarixli, TP ******* saylı qərardan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X1 19.04.2020 -ci il tarixdə saat 15:59-da Ramiz Quliyev küçəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozulması əsas gətirilməklə İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211-ci maddəsinə əsasən (20.04.2020-ci il tarixdə qüvvədə olan) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 barəsində 20.04.2020-ci il tarixdə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən barəsində İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və Bakı şəhər Xətai Rayon DYPŞ onun 100 manat məbləğində inzibati cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında 20.04.2020 -ci il tarixli, TP ******* saylı qərar qəbul olunmuşdur. Şikayətçi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmadığını, barəsində tərtib olunmuş protokoldan və qərardan məlumatsız olduğunu bildirmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. 20.04.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda xətanın mahiyyəti göstərilməmiş, xətanı təsdiq edən hər hansı sübuta istinad edilməmişdir. İnzaibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, 20.04.2020 -ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, şikayətçinin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Xətai Rayon DYPŞ tərəfindən qəbul edilmiş 20.04.2020-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata X1 təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-4393/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4393/2021
03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver