Məhkəmə qərarları › İş №3(011)-4394/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4394/2020

02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4394/2020 02.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X4 Bakı şəhəri Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, inzibati tənbeh vermə haqqında qərar üzrə ödənilmiş 54.00 manatın geri qaytarılması, 42.33 manat maddi ziyanın (taksi xidmətindən istifadə), ona və ailə üzvlərinə vurulmuş mənəvi sarsıntıya görə 100 AZN məbləğində təzminatın ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətində göstərilənlərə uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il saat 18:00 radələrində idarə etdiyi 10VH538 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Puşkin küçəsi ilə hərəkətdə olaraq 28 May küçəsi ilə kəsişmədə svetoforun yaşıl işığında sola dönərək hərəkətini davam etdirmişdir. 28 May küçəsi Azadlıq prospektinin kəsişməsinə az qalmış YPX avtomobili ona «saxla» əmri verdi. O, qanuna əsasən, onun «saxla» əmrinə riayət edərək avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru X7 yaxınlaşdı və saxlama səbəbini deyərək, sənədlərini istədi. YPX inspektoru onun 28 May-Puşkin küçələrinin yolayrıcını keçərkən qarşıdan gələn avtomobillərə yol vermədiyini bildirdi. O isə öz növbəsində etiraz edərək, yolayrıcını “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun keçdiyini bildirdi. Əfsuzlar olsun ki, polis inspektoru “Yol vermək” termini açıqlaya bilmədi və yolayrıcından kifayət qədər aralı durmağına baxmayaraq qanun pozuntusunu necə dəqiqliklə gördüyünə aydınlıq gətirə bilmədi. Bildirmişdir ki, 28 May-Puşkin küçələrinin kəsişməsində yolayrıcını keçərkən qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcək heç bir manevr etməmişdir. Həmçinin YPX avtomobili yolayrıcından kifayət qədər uzaqda olduğundan hadisənin tam detallarını görə bilməzdi. Yuxarı qeyd olunan inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, haqqında tərtib olunmuş İXP3147212 saylı inzibati protokola yenidən obyektiv şəraitdə baxılması üçün xx xxxx 2020-ci ildə DİN Baş DYP İdarəsinin rəisi - Zeynalov Ramiz şikayət ərizə ünvanladı və 28 May-Puşkin küçələrinin kəsişməsində yerləşən TŞK və həmçinin YPX inspektorunun avtomobilində yerləşdirilmiş kameralarının görüntülərinin baxılmasını xahiş etdi. Əfsuzlar olsun ki, “Vətəndaşların müraciətlərinə baxılması” haqqında qanunun 10-cu maddəsində nəzərdə tutulmuş bütün müddətlər keçməsinə baxmayaraq müaciətinə heç bir cavab almamışdır. xx.xx.2020-ci tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Xətai rayon məhkəməsinə şikayət ərizəsi verdi. xx.xx.2020-ci il tarixində hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi ilə məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər BPİ-nin Dövlət X16 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin Dövlət X9ytarılsın. O, xx xxxx 2020-ci il tarixində “ASAN ödəniş” sisteminə daxil olaraq xx xxxx 2020-ci i tarixinə qüvvədə olan, icra olunmamış, ödənilməmiş inzibati xəta haqqında işin olmamasını görərək işə xitam verilməsini başa düşmüşdür. Məhkəmə qərarı xx xxxx 2020-ci tarixdə Bakı şəhər BPİ-nin Dövlət X15 (BPİDYPİ) icraata daxil olub. Əfsuzlar olsun ki, bu qərardan nə apelyasiya şikayəti verilmişdi, nə də icra olunmuşdur. Məlikəmə qərarının icra olunmaması ucbatından avtomatik olaraq Bakı şəhəri BPİDYPİ digər bir əməkdaşı xx.xx.2020-ci il tarixində AR İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edir. Əfsuzlar olsun ki, məhkəmə qərarının yerinə yetirilməməsi və əlavə olaraq AR İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə yeni inzibati xəta haqqında işin açılması haqqında məlumatı yalnız xx xxxxxxx 2020-ci il tarixində əldə etmişdir. xx xxxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020 tarixinə kimi bir dəfə Baş Dövlət X11, 7 dəfə Bakı şəhər BPİDYPİ-də, Bakı şəhər BPİDYPİ-nin rəisi Rəşid Piriyevə şikayət ərizəsi yazmışdır, dörd dəfə 902 qaynar xətti ilə danışmışdır. Bu müddət ərzində BPİDYPİ əməkdaşlarının vətəndaşları süründürməçilik etməklərinin, onlara problemlərinin həll edlməsində biganə qalmalarının şahidi olmuşdır. Yalnız xx xxxxxx 2020-ci il tarixində Bakı şəhəri Xətai rayon məhkəməsinə xx.xx.2020-ci il tarixli qərarı yerinə yetirilərək TP3574943 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olundu. Elə həmin saat da iş yenidən baxılaraq TP4030353 saylı yeni qərar tərtib olundu. Bu müddət ərzində saatlarla Bakı şəhər BPİDYPİ keçirdiyi üzücü vaxtları nəzərə alaraq TP4030353 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ona təqdim etmədikdən əvvəl videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış tələbinin cavabsız qoyulmağına baxmayaraq bu qərarı imzalayıb qəbul etdi. Yalnız xx xxxxxx 2020-ci il tarixində Bakı şəhəri Xətai rayon məhkəməsinə xx.xx.2020-ci il tarixli qərarının yerinə yetirilməməsi səbəbindən AR İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə çıxarılan İXP3491813 saylı inzibati xəta haqqında işə xitam verildi. Bu 11 gün ərzində Bakı şəhər BDYPŞ-nin məhkəmə qərarlarının icra etməməsi ucbatından dərin mənəvi və psixoloji sarsıntı keçirmişdir. Həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldıqdan pandemiyanın türyan etdiyi bu dövr ərzində ictimai nəqliyyatdan, həmçinin taksi xidmətindən istifadə edərək öz həyatını əsassız riskə atmış olmuşdur. Şikayət ərizəsinə əlavə olumuş sxemdən də göründüyü kimi, onun avtomobilimin hərəkət trayektoriyası ilə qarşıdan gələn avtomobillər arasında ən azı 27 metr məsafə olub. Bakı şəhəri Xətai rayon məhkəməsinin iş № 3(011)-799/2020 keçirdiyi iki iclasının heç birində inzibati xəta törətməyi haqda heç bir sübut təqdim edilməmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər Baş Polis İdarəsi Dövlət X13 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu eçen təmin edilməlidir. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli protokola əsasən X5 xx.xx.2020-ci il tarixdə saat 18:02 radələrində 28 May-Puşkin küçələrinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozmuşdur. Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi Dövlət X16 tərəfindən X4 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 (altmış) manat məbləğində cərimə olunması barədə xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər BPİ-nin Dövlət X16 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin Dövlət X9ytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 yenidən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. X3 tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi X2 barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qərar qəbul edərkən onun əməlində inzibati xəta hadisəsinin olub-olmaması araşdırılmamış, formal olaraq inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir.Onun iştirakı təkrar təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilərək təkrar araşdırma aparılması üçün materialın Bakı şəhəri Dövlət X14 göndərilməsi barədə qərar qəbul edilmiş və qərar icra edilməsi üçün göndərilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı X4 dəfələrlə etdiyi şikayətlər nəticəsində təxminən 04 ay sonra icra olunmuş, heç bir araşdırma aparılmadan, sübut təqdim edilmədən, videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirilmədən və əməlində hər hansı bir inzibati xətanın tərkibi mövcud olub-olmaması araşdırılmadan əvvəlki qərara əsaslanaraq formal qərar qəbul edilmiş və təkrarən 60 manat miqdarında cərimə edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar heç bir sübuta istinad edilmədən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, onun barəsində Bakı şəhəri Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X5 şikayətində qeyd etdiyi digər xüsusatlar - inzibati tənbeh vermə haqqında qərar üzrə ödənilmiş 54.00 manatın geri qaytarılması, 42.33 manat maddi ziyanın (taksi xidmətindən istifadə), ona və ailə üzvlərinə vurulmuş mənəvi sarsıntıya görə 100 AZN məbləğində təzminatın ödənilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığından şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 şikayəti qismən təmin edilsin. X4 barəsində Bakı şəhəri Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar