Məhkəmə qərarları › İş №3(011)-4394/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4394/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4394/2021 25.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən 24 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə inspektoru Mikayıl İsmayılov 24.11.2021-ci il tarixdə ünvan 2 ünvanın qarşısında olan siqaret köşkündə vətəndaş Şəxs maska taxmadığın bildirib yaxınlaşmış, ondan özünü təqdim etməsini bildirmiş, lakin vətəndaş Şəxs özünü təqdim etməmiş və onunla mübahisə etməyə başlamışdır. Daha sonra onu X10 Alayının əməkdaşları ilə dəvət etmələrinə baxmayaraq Şəxs tabesizlik göstərmiş və polis bölməsinə gəlməkdən imtina etmişdir. X10 Alayının əməkdaşları ilə birlikdə Şəxs polis bölməsinə gətirildikdən sonra o, polis bölməsində səs-küy salmış, ona sakit olması və nizam-intizama dəvət edilməsinə baxmayaraq belə hərəkətlərini davam etdirərək növbətçi hissənin iş rejimini pozmağa səbəb olan xırda xuliqanlıq edərək polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib etmiş Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə inspektoru Mikayıl İsmayılov oğlu izahatında göstərmişdir ki, 24.11.2021-ci il tarixdə ünvan 2 ünvanın qarşısında olan siqaret köşkündə vətəndaş Şəxs maska taxmadığın bildirib yaxınlaşmış, ondan özünü təqdim etməsini bildirmiş, lakin vətəndaş Şəxs özünü təqdim etməmiş və onunla mübahisə etməyə başlamışdır. Daha sonra onu X10 Alayının əməkdaşları ilə dəvət etmələrinə baxmayaraq Şəxs tabesizlik göstərmiş və polis bölməsinə gəlməkdən imtina etmişdir. X10 Alayının əməkdaşları ilə birlikdə Şəxs polis bölməsinə gətirildikdən sonra o, polis bölməsində səs-küy salmış, ona sakit olması və nizam intizama dəvət edilməsinə baxmayaraq belə hərəkətlərini davam etdirərək növbətçi hissənin iş rejimini pozmağa səbəb olan xırda xuliqanlıq edərək polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, həyat yoldaşı ilə boşandıqdan sonra Cəlilabad rayon icra şöbəsində aliment borcu yaranmış, son günlərdə yenidən həyat yoldaşı ilə barışmış, lakin icra şöbəsindən ona zənglər gəldiyinə görə 24.11.2021-ci il tarixdə icra məmuru ilə telefonda danışmış, buna görə əsəbləri gərgin vəziyyətə düşmüş, elə bu zaman polis əməkdaşları işlədiyi köşkə yaxınlaşaraq maska taxmadığını ona irad bildirmişlər, telefonla danışdıqdan sonra əsəbi olduğundan polis əməkdaşı ilə kobud danışmış, daha sonra polis əməkdaşı ona polis bölməsinə getməyi bildirmiş, o da cavabında işlədiyi köşkü açıq qoyub gedə bilməyəcəyini, müdir gəldikdən sonra gedə biləcəyini bildirmişdir. Daha sonra müdiri gəldikdən sonra polis əməkdaşları ilə birlikdə polis bölməsini getmiş, bölmədə də onu ayaqüstə saxladıqlarına görə polis əməkdaşları ilə mübahisəsi yaranmışdır. Əməlindən səmimi peşman olduğunu, polis əməkdaşlarından üzr istədiyini, hal-hazırda ailəli olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 Alayının Patrul bölüyü, polis nəfəri X4 izahatında göstərmişdir ki, 24.11.2021-ci il tarixdə ünvan 2 ünvanın qarşısında olan siqaret köşkündə vətəndaş Şəxs maska taxmadığın bildirib yaxınlaşmış, ondan özünü təqdim etməsini bildirmiş, lakin vətəndaş Şəxs özünü təqdim etməmiş və onunla mübahisə etməyə başlamışdır. Daha sonra onu X10 Alayının əməkdaşları ilə dəvət etmələrinə baxmayaraq Şəxs tabesizlik göstərmiş və polis bölməsinə gəlməkdən imtina etmişdir. X10 Alayının əməkdaşları ilə birlikdə Şəxs polis bölməsinə gətirildikdən sonra o, polis bölməsində səs-küy salmış, ona sakit olması və nizam intizama dəvət edilməsinə baxmayaraq belə hərəkətlərini davam etdirərək növbətçi hissənin iş rejimini pozmağa səbəb olan xırda xuliqanlıq edərək polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 Alayının Patrul bölüyü, polis nəfəri X1 Rasim Zülfüqar oğlunun ifadəsinə oxşar vermişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 24 noyabr 2021ci il tarixdə inzibati qaydada tutulmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsirli bilinməli və həmin xətalardan daha ciddi xətanın sanksiyası həddində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkərək polis əməkdaşlarından üzrxahlıq etməsi, himayəsində azyaşlı uşaqlarının olması müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs əməlində yüngülləşdirən halların olmasını nəzərə alır və hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar