Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4409/2024 27.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, 05 avqust 1991-ci il tarixdə Yardımlı rayonu, Horavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Horavar Ə/D, Horavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 26 iyul 2024-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 20 iyul 2024-cü il tarixdə, saat təxminən 02:45 radələrində Şəxs idarə etdiyi “Vaz 2107” markalı **-TL-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, Xəzər dairəsindən Gəncə prospektinə daxil olaraq Zığ dairəsi istiqamətində yolun sağdan 1-ci hərəkət zolağı ilə hərəkətdə olaraq sol istiqamətdə olan 2-ci hərəkət zolağına keçərkən avtomobilin sol arxa qanadı ilə 2-ci hərəkət zolağı ilə düzünə, eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Suzuki” markalı 99-E-208 dövlət qeydiyyat nömrəli motosiklnan toqquşmuş, nəticədə sonuncu yıxılaraq xəsarət almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 20 iyul 2024-cü il tarixdə saat təxminən 02:30 radələrində idarə etdiyi “Suzuki” markalı, 99-E-208 dövlət qeydiyyat nömrəli motosiklnan Xətai rayonu, Xəzər dairəsindən Gəncə prospektinə daxil olaraq Zığ dairəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə saatda təxminən 50 km surətlə hərəkətdə olarkən sağında arxada hərəkətdə olan “Vaz 2107” markalı avtomobil onu keçərək sol istiqamətdə avtomobili yönəltmiş və sol hissəsi ilə onun motosikleti ilə toqquşmuşdur. Zərbə nəticəsində yıxılmışdır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək inzibati xətanı törətmiş şəxs Şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona qarşı dəymiş ziyanın ödənildiyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında Şəxs və səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmişlər və bunun səbəbi barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 22 iyul 2024-cü il tarixli, 792 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sağ dirsək oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, sıyrığı, hərəkət məhdudluğu, yuxarı və aşağı ətrafların sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 2/39093 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 26 iyul 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində, Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), vurulmuş zərərin ödənilməsini (İXM-32.1.7), zərərçəkmiş şəxslə barışmasını (İXM 32.2) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4409/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4409/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver