Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4410/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Vlazim Musayevin 02 fevral 2024-cü il tarixli qərardan və həmin qərara əsasən tərtib edilmiş 14 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində baş vermiş YNH zamanı piyada 2007-ci il təvəllüdlü X2 bud çanağının əziyi və sağ topuğun sıyrılmış yaraları xəsarəti alaraq xəstəxanaya müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Hyundai Accent markalı Az **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və özü idarə edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 00:10-radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ilə üzü Y.Səfərov küçəsi, İstiqamətində idarə etdiyi Hyundai Accent markalı Az **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə təxminən saatda 50 km surətlə hərəkətdə olan zaman işıqforun yaşıl işığında keçən zaman sol tərəfdən skuter ilə bir oğlan soldan sağa doğru hərəkət etməyə başlamış və o avtomobilin ön hissəsi ilə skuterə toxunmuş, nəticədə oğlan yıxılaraq xəsarət almışdır. Sonra isə polis əməkdaşları gəlmiş, onu Polis idarəsinə aparmışlar, oğlanın isə qohumları gələrək onu xəstəxanaya aparmışlar. O, hadisə zamanı xəsarət almadığını, YNH zamanı idarə etdiyi Hyundai Accent markalı avtomobildə özündən başqa heç kim olmadığını, hadisə baş verən zaman hava şəraitinin qaranlıq, yol örtüyünün asfalt, asfalt örtüyünün quru, idarə etdiyi Hyundai Accent markalı avtomobilinin texniki cəhətdən saz olduğunu, hadisə baş verən zaman avtomobilinin yük yerində yük olmadığını, spirtli içki qəbul etmədiyini bildirmişdir. Etdiyi əməlindən peşmançılıq hissi keçirdiyini bildirdi. Qeyd edilənlərə əsasən onun barəsində yüngül inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai Rayon Polis İdarəsi nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Xətai Rayon RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Vlazim Musayevin qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Hyundai Accent markalı, Az **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati məsuliyyətə cəlb edilməsindən ötür rədd materialının surəti Xətai DYPŞ-nə göndərilmişdir. 04 yanvar 2024-cü il tarixli 2/494 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. 15 yanvar 2024-cü il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin 22 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, vətəndaş X1 aşıqbaldır oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, sıyrıqları, hərəkət məhdudluğu müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xətai RPİ-nin DYPŞ-nin 14 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 yanvar 2024-cü il tarixdə, saat 00:10-da “Hyundai Accent” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4410/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4410/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver