Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4411/2021 13.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, X4, müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X4 Xətai rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş 12.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş 12.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 11.11.2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində yolayrıcında özünə məxsus olan **-TX-*** dövlət qeydiyyat nişanlı, “Ford Fusion" minik markalı avtomobil ilə hərəkət etdiyi zaman X5 idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə idarə etdiyi avtomobili vurmaqla yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon DYPŞ polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 12.11.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı tərtib edilmişdir. Həmin inzibati xəta haqqında qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. 11.11.2021 ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin prolokol əsasında qəbul edilmiş TP ******* nömrəli, 12.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından razı deyil və inzibati qaydada araşdırma tamamilə yalnış aparılmış, haqqsız və əsassız şəkildə günahlandırılmışdır. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yolayrıcı (yolayrıcınadək olan hər iki yol eyni əhəmiyyətli yoldur) hər hansı yol nişanları ilə tənzimlənməmişdir. Azərbaycan Respublikası "Yol Hərəkəti haqqında” Qanununun 77-ci maddəsinin İİİ hissəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olduğu göstərilmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsi idi. Qarşıdan gələn "Hyundai Sonata” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət etməklə üstünlüyü olduğu yolda idarə etdiyi avtomobili vurmuşdur. Bu barədə dərhal aidiyyəti orqanlara (təşkilatlara) məlumat vermişdir. Daha sonra Xətai rayon DYP şöbəsinə dəvət edildi və orada izahat alındı. Həmin izahat onun iradə ifadəsini əks etdirmir. Belə ki, izahatını DYP əməkdaşı söyləmiş (onun dediyi kimi yazmağını məsləhət görmüş) və o yazmışdır. İlk dəfə başına belə bir hadisə gəldiyindən və işi ədələtli araşdıracaqlarına inandığından izahatı dedikləri kimi yazdı. Lakin sonradan 12.11.2021-ci il tarixində Bakı şəhəri Xətai rayon DYP şöbəsinə yaxınlaşdığında artıq qərarın verildiyini və barəsində inzibati xəta barədə protokolun tərtib edildiyini öyrəndi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon DYPŞ Polis X1 etirazını, hadisə yerində kameraların mövcud olmasını və video görüntülərin əsaslı sübut kimi çıxarılmasını dəfələrlə tələb etsə də, o, video görüntülərə baxmağa ehtiyac olmadığını, onun günahkar olduğunu və qərarın artıq verildiyini bildirdi. YPX əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar tamamıyla əsassızdır və heç bir sübuta istinad edilmədən, doğru düzgün araşdırılmadan tərtib edilmişdir. O, 11.11.2021 -ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində yolayrıcında hərəkət etdiyi zaman heç bir yol hərəkət qaydasını (əsk istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) pozmamışdır. YPX əməkdaşından yol hərəkət qaydasını pozmağı barədə sübut təqdim etməsini tələb etsə də, o, heç bir sübut təqdim etməmiş, inzibati xətanın mövcudluğu ilə razılaşmamağına baxmayaraq qanunsuz olaraq elektron formada qərar qəbul etmiş, bununla da onun hüquqlarını pozmaqla qərəzlilik nümayiş etdirmişdir. Lakin, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxsin yalnız inzibati xəta haqqında protokolun tərtib edə biləcəyi göstərilmişdir. Həmin zaman YPX əməkdaşı qərar qəbul edə bilməz. Bundan əlavə YPX əməkdaşı Allahverən Piriyev nə qəbul edilən qərarın təsviri-əsaslandırıcı hissəsində heç bir qeyd aparmamış, inzibati xətanın müəyyən edilməsi barədə xüsusi texniki vasitələrlə qeydə alınmış foto və video qeydiyyat məlumatları ilə onu tanış etməmiş, nə tərtib edilmiş qərarda göstərməmiş, nə də bu məlumatları elektron qərara (elektron kabinetə) əlavə etməmişdir. YPX əməkdaşı yalnız izahatları əsas tutmaqla qərar qəbul etmişdir ki, polis şöbəsində ondan alınmış izahat birmənalı olaraq onun iradə ifadəsini əks etdirmir. Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Q25-001-17 nömrəli, 12 may 2017-ci il tarixli qərarı ilə qəbul edilmiş “Yolpatrul xidməti haqqında” Təlimatın 10.5-ci bəndində inzibati xəta törədilməsi nəticəsində nəqliyyat vasitələri, yüklər, yollar, yol qurğuları və digər əmlakın zədələnməsinə səbəb olmuş və yalnız maddi ziyanla nəticələnən hallarda hadisənin rəsmiləşdirilməsi zamanı YPX inspektoru patrul avtomobilində quraşdırılmış məsafədən səs ötürən mikrofonu işlək vəziyyətdə saxlamaqla videokamera vasitəsilə hadisə yerinin görüntüsünü qeydə almaqla nəqliyyat vasitələrinin sürücülərindən və şahidlərdən zəruri məlumatlar alır. Yazılı izahatlar alınanda hadisə vaxtı nəqliyyat vasitəsinin yeri və vəziyyəti, hərəkət sürəti, görünüşü, hadisəni törədənlərin hadisəyə qədər və hadisə zamanı hərəkətləri və sair suallar dəqiqləşdirilir. Lakin YPX əməkdaşı hadisə vaxtı nəqliyyat vasitəsinin yeri və vəziyyəti, hərəkət sürəti, görünüşü, hadisəni törədənlərin nadisəyə qədər və hadisə zamanı hərəkətlərini müəyyən etməmiş, istədiyi formada izahatlar almışdır. İXM-nin 76.2-ci maddəsində qanunazidd sübütların istifadəsinə vol verilməməsi göstərilsə də YPX əməkdaşı qanunun tələblərinə riayət etməmiş və iradə ifadəsinə zidd olaraq alınmış izahata istinad etməklə qərar qəbul etmişdir. Həmçinin, vol nəqliyyat hadisəsinin ədalətli şəkildə araşdırılması üçün heç bir cəhd göstərməmiş, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, video görüntüləri əldə etməmiş, ekspertiza dəvət edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Q25-001-17 nömrəli 12 may 2017-ci il tarixli qaran ilə qəbul edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 8.10-ci bəndinə əsasən inzibati xəta nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulduqda və ya onun sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə “Yol-nəqliyyat hadisəsinin sxemi” tərtib olunur və protokola əlavə edilir. Sxemdə nəqliyyat vasitələrinin hadisədən əvvəlki vəziyyətini təsəvvür etməyə imkan verən dəqiq məlumatlar əks olunur və sxem onu tərtib edən DYP əməkdaşı, hadisənin iştirakçısı olan sürücülər və şahidlər tərəfindən imzalanması göstərilsə də DYP əməkdaşı tərəfindən “Yol-nəqliyyat hadisəsinin sxemi" formal olaraq tərtib edilmiş, hadisənin iştirakçıları, həmçinin DYP əməkdaşı tərəfindən imzalanmamış, hadisədən əvvəlki vəziyyəti dəqiq əks olunmamışdır. 12.11.2021-ci il yuxarı səlahiyyətli orqana müraciət etsə də müraciətinə baxılmamış və bu günədək hər hansı bir məlumat verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Əksinə, şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi yol patrul xidməti əməkdaşının üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. YPX əməkdaşı qeyd edilən inzibati xəta haqqında qərarı heç bir sübuta istinad etmədən şəxsi mülahizəsi əsasında tərtib etmişdir. Məhkəmə iclasında X7 şikayət ərizəsini müdafiə edərək Xətai rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş 12.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil Xətai rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş 12.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai rayon X12 Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xətai rayon X12 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 12.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 “Ford Fusion” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 12.11.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamış, sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, X7 barəsində Xətai rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş 12.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Hadisədən sonra tərtib edilmiş protokolda xətanın faktiki nədən ibarət olması belə göstərilməmişdir. X4 hansı xətanı törətdiyi və bunu hansı sübutla müəyyən edildiyi protokolda göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirmədən və araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Xətai rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş 12.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai rayon X12 Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Xətai rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş 12.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai rayon X12 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4411/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4411/2021
13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver