Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4426/2021 30.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi ilə, X1 Xətai RPİ 35-ci Polis Şöbəsinin MN ******* saylı 26 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək Xətai RPİ 35-ci Polis Şöbəsinin MN ******* saylı 26 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X1 şikayətinin icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli qərarından görünür ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin MN ******* nömrəli, 26 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 15.04.2021-ci il tarixli qərarından görünür ki, X3 tərəfindən verilmiş şikayətin təmin edilməmiş və Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin MN ******* nömrəli 26 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması haqqında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı müəyyən edilmişdir ki, X1 Xətai RPİ 35-ci Polis Şöbəsinin MN ******* saylı 26 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətə artıq baxılmış, həmin şikayət üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli qərar qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15.04.2021-ci il tarixli qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraatı rədd edən halın mövcudluğu səbəbindən X1 şikayəti geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120- 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 Xətai RPİ 35-ci Polis Şöbəsinin MN ******* saylı 26 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4426/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4426/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver