Məhkəmə qərarları › İş №3(011)-4438/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4438/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4438/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə Bakı Şəhər X6i İdarəsinin 14 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tamamilə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 may 2025-ci il tarixdə saat 15:13-də tanımadığı ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəsinə zəng edilərək adını, rütbəsini, vəzifəsini demədən bir nəfər şəxs Bakı şəhər X6 idarəsinin əməkdaşı olduğunu, adını demədiyi hansısa dyp əməkdaşının raportuna əsasən etibarnamə əsasında idarə etdiyi "KİA SORENTO" markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində avtobus yoluna daxil olduğumdan inzibati xəta törətdiyini, bununla bağlı qeyd olunan idarəyə gəlməli olduğunu bildirdi, o da həmin şəxsə hansısa inzibati xəta törətmədiyini, qeyd olunan pozuntular olduğu halda foto, video görüntülərin "ASAN ÖDƏNİŞ" elektron sistemə göndərilməli olduğunu, belə bir qayda ilə çağırılmağının qanunsuz olduğunu, dediklərinin qanunsuz və əsassız olduğunu, bununla bağlı şikayət edəcəyini söyləmişdir. O da problem olmadığını, sistemə göndərəcəyini demişdir. Bundan sonrakı günlərdə o mobil telefonundakı uzun illər əvvəldən istifadə etdiyi "ASAN ÖDƏNİŞ" elektron sistemə daxil olaraq hansısa protokol və ya cərimə yazılıbyazılmadığını yoxlamağa başlamışdır. Yalnız 30 may 2025-ci il tarixdə həmin mobil tətbiqə daxil olduqda əsassız və qanunsuz olaraq ona guya Xətai rayonu, 8 Noyabr prospektində qeyd olunan avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında həmin tarixli İXP ******* №-li protokol tərtib edildiyini, qərarsız olduğunu və 100 manat məbləğində cərimə edildiyini görmüşdür. Lakin inzibati xətanın törədildiyi tarix, saat və konkret yer göstərilməmişdir. Həmin mobil tətbiqdəki foto, sənəd və video bölmələrinə daxil olduqda boş olduğunu görmüşdür. 03 iyun 2025-ci il tarixdə də qeyd olunan bölmələrə baxdıqda boş olduğu göründü. Eləcə də həmin xəta barədə hansısa foto, video görüntü və ya sənəd başqa hansısa qaydada ona göndərilməmişdir. Çünki o göstərilən inzibati xətanı törətməmişdir. Həmin tarixdə əsassız və qanunsuz olduğu üçün qeyd olunan protokoldan "ASAN ÖDƏNİŞ" elektron sistemi vasitəsilə şikayət etmişdir. Eyni zamanda sözügedən protokoldan mobil telefonundakı "E- Polis" tətbiqi vasitəsilə də, 04 iyun 2025-ci il tarixdə isə sürətli poçt vasitəsilə yazılı formada Baş DYP İdarəsinə şikayətlər etmişdir. Lakin həmin şikayətlərinə baxılmadan qanunsuz və əsassız olaraq 10 iyun 2025-ci il tarixli qərar qəbul edilmişdir. O da qeyd olunan qərardan da "ASAN ÖDƏNİŞ" elektron sistemi vasitəsilə şikayət edib qərarın surətinin verilməsini xahiş etmişdir. 17 iyun 2025-ci il tarixdə həmin qərarın surətini almışdır. Lakin TP ******* №-li qərarda inzibati xətanın törədildiyi konkret yer göstərilməmişdir. Eyni zamanda "ASAN ÖDƏNİŞ" mobil tətbiqdəki foto, sənəd və video bölmələrinə daxil olduqda boş olduğunu görmüşdür. Eləcə də həmin xəta barədə hansısa foto, video görüntü və ya sənəd başqa hansısa qaydada ona göndərilməmişdir. Göründüyü kimi həmin xəta ilə bağlı hansısa sübut yoxdur. Həmçinin mövcud qanunvericilikdə qeyd olunan qaydada dyp əməkdaşının raportu ilə rəsmiləşdirmə əsasları da nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər X6 idarəsi tərəfindən qanunvericiliyin tələbləri kobud formada pozularaq qəbul edilmiş 10 iyun 2025-ci il tarixli TP ******* №-li qərar, 100 manat məbləğində cərimə və 2 balın inzibati xəta hadisəsinin olmaması və nəzərdə tutulmuş müddətin keçirilməsi əsasları ilə ləğv edilməsini, eyni zamanda ***-***-**- ** mobil nömrə ilə əlaqə saxlamış həmin idarənin əməkdaşının, qanunsuz və əsassız raport yazmış əməkdaşın, eləcə də göstərilən qanunsuz və əsassız protokolu tərtib etməklə elektron sistemə göndərən əməkdaşın şəxsiyyətlərinin müəyyən edilərək həmin qanunsuz əməllərinə görə qanunamüvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunması və barəsində tərtib edilmiş 14 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işə xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı Şəhər X6i İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Bakı Şəhər X6i İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X6i İdarəsinin 14 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 08:18-də «KİA Sorento» minik markalı **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 (yüz) manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 53.1.11-ci maddəsinin tələbinə görə bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı Şəhər X6i İdarəsi tərəfindən tərtib olunmuş 14 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti təmin edilsin. Bakı Şəhər X6i İdarəsi tərəfindən tərtib olunmuş 14 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar