Məhkəmə qərarları › İş №3(011)-444/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-444/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-444/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə, Sabunçu rayon prokurorunun böyük köməkçisi X2 iştirakları ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabunçu Rayon Prokurorluğu tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 28 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi hüquqi şəxs "xxxx" MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan Nümayəndə əmək müqaviləsi bağlamadan X4 Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən "Sea breeze" yaşayış kompleksində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi usta kimi işlərə cəlb etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) görülməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə izahat verərək bildirmişdir ki, onun heç bir təqsiri yoxdur. Belə ki, X10 faktiki olaraq onun yox Elşadın işçisi olmuşdur. Ramiz ilkin olaraq 102 şikayətində onun barəsində yox Elşadın barəsində şikayət etmişdir. Daha sonra isə Sabunçu Rayon Prokurorluğu onun barəsində cərimə növündə tənbeh tədbirinin tədbiq edilməsi üçün X6 məktub göndərmişdir. Nümayəndə əlavə olaraq qeyd etmişdir ki, Elşad ondan malyar işini görən adam soruşmuş o da, Ramizi məsləhət görmüşdür. Ramizin qardaşı tərəfindən “Tİk-tok” sosial şəbəkəsində paylaşdığı videoda da, Elşadın adını çəkərək qardaşı Ramizi işlətməsini və pulunu verməməsini bildirmişdir. Məhkəmə iclasında Sabunçu Rayon Prokurorluğunun nümayəndəsi X7 inzibati icraat materiallarının məzmununa uyğun izahat verərərk "xxxx"MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tənbeh tədbiri tədbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli MKĞL-07-2024 saylı podrat müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış, "xxxx" MMC sifarişçi, "xxxx" MMC isə podratçı adlanır. X3 xx.xx.2024-cü il tarixli izahatından görünür ki təxminən 3 aya yaxın müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları massivində yerləşən “Sea Breeze"in daxilindəki "xxxx" tikinti şirkətində usta-malyar kimi fəaliyyət göstərir. Belə ki, orada 2 ay 10 gün müddətində işlədiyinə görə ümumilikdə 8 nəfər olmaqla 11000 manat pul əldə etmişik. Bundan sonra həmin 8 nəfərdən 3 nəfər iş yerini tərk etdi. İşə başlamamışdan qabaq ənənəvi qaydada mən "xxxx" tikinti şirkətinin rəhbər şəxsi olan Səbuhi ilə danışaraq 20 gün işlədikdən sonra 6000 manat pul ala bilməyimizlə bağlı razılaşdıq. Mənimlə birlikdə 5 nəfər 20 gün müddətində fəlaiyyət göstərdik və həmin müddətin sonunda mən, pulu ala bilmədiyimə görə Səbuhi ilə danışmaq qərarına gəldim. Mən, onunla əlaqə saxladıqda o, maddi imkanın hal-hazırda aşağı vəziyyətdə olduğuna görə bizə pulu verə bilməyəcəyini qeyd edirdi. Təxminən 10 gün keçdikdən sonra mən yenidən onunla əlaqə saxldıqda o, əvvəl dediyi kimi yenə də pulu verməli olduğunu, başa düşdüyünü, lakin pulu verə bilməyəcəyini bildirdi. Baş vermiş bu hadisədən sonra mən əsəbiləşərək xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək "Mikayıloğlu” tikinti şirkətindən narazı olduğumu, əmək haqqımı verməsini, əgər venlməsə özümü öldürməyim barədə məlumat verdim. Lakin mən, həmin vaxt əsəbi olduğumdan “DİN-in 102 xidməti zəng mərkəzi”nə zəng edərək belə bir məlumat vermişəm, hal-hazırda da intihar etmək kimi bir niyyətim yoxdur. Ancaq əmək haqqımın verilmədiyimə görə yaranmış vəziyyətdən narazıdır. X8 izahatından görünür ki, mən "X13" şirkəti ilə supodrat müqaviləsi bağlayaraq təmir işləri görən zaman "xxxx" MMC ilə mənim direktoru olduğum "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli müqaviləyə görə tam işlərin görülməsi və İşçilərin cəlb edilməsini "xxxx" MC-nin direktoru Nümayəndə öz üzərinə götürmüşdür. Buna baxmayaraq o, mənə vəd edilmiş sözləri tutmamış, işləri avqusta ayına kimi başa çatdırmağı öz öhdəsinə götürsə də, vədinə əməl etməmiş, cəlb etdiyi işçilərin pulununin bir hissəsini verməmiş və bu da işçilərin haqlı narazılığına səbəb olmuşdur. Ramiz Bayramovu işə mən yox, Səbuhi götürmüşdür. Ona görə də Ramizə pulları Səbuhi özü ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Beləliklə, hüquqi şəxs "xxxx" MMC (VOEN-**********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan Nümayəndə əmək müqaviləsi bağlamadan X9 Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən "Sea breeze" yaşayış kompleksində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi usta kimi işlərə cəlb etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) görülməsinə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İnzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar X5, X8 və Nümayəndə izahatları, həmçinin Ramiz Bayramova məxsus əmək müqaviləsi məlumatları ilə də təsdiq olunur. Belə ki, X5 özü və X14 izahatlarında Ramiz Babayevin Nümayəndə tərəfindən əmək müqaviləsi olmadan işlədiyini göstərmişlər. X1 əmək müqaviləsi məlumatlarından görünür ki, o, rəsmi olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi "xxxx" MMC-də İşləməmişdir. Nümayəndə izahatında onun X12 adında işçisinin olmadığını və əmək müqaviləsi olmadan heç kimi işlətmədiyini göstərmişdir. Nümayəndə X5 onun işçisi olmaması barədə göstərdiyi xüsusatlar sonuncunun, həmçinin X8 izahatı, eləcə də Ramiz Babayevin əmək müqaviləsi məlumatları ilə təkzib olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar