Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4449/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Qanuni nümayəndə iştirakı ilə, Hüquqi şəxs “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 30 iyul 2024-cü il tarixli, 00700-00159/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixli **********5890 sorğu nömrəli və xx.xx.2023-cü il tarixli **********7588 sorğu nömrəli gömrük bəyannamələri üzrə Sumqayıt Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 9600 (doqquz min altı yüz) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti ixracatçının müvəkkil bankda olan hesabına köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarımbəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac edilmiş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi təmin edilməlidir. “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən isə ixrac edilən 9600 (doqquz min altı yüz) ABŞ dolları (16320 manat) olan mallara dair vəsaitin onların müvəkkil bankdakı hesabına köçürülməməsi müəyyən edilmişdir. Məhkəmə iclasında hüquqi şəxs “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Qanuni nümayəndə barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolu qəbul edərək aşağı həddə cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 tərəfindən tərtib edilmiş 30 iyul 2024-cü il tarixli, 00700-00159/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Türkiyə Respublikasında yerləşən filial arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 04/21 nömrəli müqaviləyə əsasən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 16320 (on altı min üç yüz iyirmi) manat təşkil edən 9600 ABŞ dolları xarici valyuta vəsaiti xaricdən qaytarılmadığından Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli **********5890 sorğu nömrəli və xx.xx.2023-cü il tarixli **********7588 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 9600 ABŞ dolları dəyərində malların Türkiyə Respublikasında yerləşən “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinə ixrac edilməsini bəyan etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, inzibati xəta haqqında iş üzrə “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı kommersiya fəaliyyəti ilə əlaqədar Türkiyə Respublikasında yerləşən “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkəti ilə xx.xx.2021-ci il tarixli, 04/21 nömrəli müqavilə bağlayıb 9600 ABŞ dolları məbləğində malları sataraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Sumqayıt Gömrük İdarəsində müvafiq olaraq **********5890 və **********7588 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilməklə, Türkiyə Respublikasında yerləşən “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci yarımbəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********5890 və **********7588 sorğu nömrəli gömrük bəyannamələri üzrə milli valyutaya nisbətdə 16320 (on altı min üç yüz iyirmi) manat təşkil edən 9600 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Bununla da, “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 30 iyul 2024-cü il tarixli, 00700-00159/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 9600 ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi miqdarında, yəni 2880 (iki min səkkiz yüz səksən) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4449/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4449/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver