Məhkəmə qərarları › İş №3(011)-4449/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4449/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4449/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Xətai rayon DYPŞ-nin polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 26 may 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 02 may 2025-ci il tarixdə, saat 12:25 radələrində Xətai rayonu, Gen.Şıxlinski küçəsində sürücülük hüququ olmadan idarə etdiyi “BMW 525 minik” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Opel Astra minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq X2 maddi zərər vurmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-cü maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqdan, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Xətai rayon DYPŞ-nin polis mayoru X3 tərəfindən Şəxs tərəfindən tərtib olunmuş 26 may 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən məhkəməyə verilmişdir. Belə ki, ilk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xəta hadisəsini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi göstərilsə də, inzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs məxsus AD 199652 seriyalı sürücülük vəsiqəsinin xx.xx.2028-ci il tarixədək qüvvədə olması qeyd edilmişdir. Şəxsin sürücülük hüququnun olmamasını və ya məhdudlaşdırılmasını təsdiqləyən sənəd məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, inzibati materiala hadisə zamanı zərərçəkmiş şəxs X1 idarə etdiyi “Opel Astra minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə hansı məbləğdə zərər vurulması barədə mötəbər sənəd əlavə edilməmişdir. Həmçinin, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokolun 26 may 2025-ci il tarixdə tərtib edilməsinə baxmayaraq, inzibati xəta haqqında material məhkəmənin icraatına gecikmə ilə 03 iyul 2025-ci il tarixdə daxil olmuşdur. Bununla da, Xətai rayon DYPŞ-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş 26 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolun araşdırılması və qiymətləndirilməsi mümkün hesab edilmir. Beləliklə, məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, protokol natamam olduğundan, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləğini təsdiqləyən hər hansı bir sənəd iş materiallarına əlavə edilmədiyindən, həmçinin Şəxs sürücülük hüququ olmadan avtomobil idarə etməsini təsdiq edən sənəd iş materiallarında olmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş protokol və inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından 26 may 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Xətai rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından 26 may 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Xətai rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar