Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4454/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə katibliyi ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC 44375.00 Avro məbləğində xarici valyutada olan vəsaiti 29 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 44375.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 10 oktyabr 2023-cü il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, MMC ilə WE NAZMİ TUTKUN MAKİNA İMLT.LTD.STİ arasında 1.488,795,00 avro dəyərində malın alınaraq Azərbaycan Respublikasına idxal edilməsinə dair xx.xx.2020-ci il tarixli müqvilə və 88.750,00 avro dəyərində malın alınaraq Azərbaycan Respublikasına idxal edilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır və həmin müqavilələrdə alınaraq idxal edilməsi nəzərdə tutulan malın ümumi dəyəri 1.488.795,00 avro + 88.750,00 avro = 1.577,545 avro təşkil edir. Hər iki müqavilə üzrə alınaraq idxal edilməsi nəzərdə tutulan malların dəyəri alıcı Şəxs MMC tərəfindən satıcı WE NAZMİ TUTKUN MAKİNA İMLT.LTD.STİ-nin hesabına hissə-hissə tam şəkildə ödənmişdir. Satıcı WE NAZMİ TUTKUN MAKİNA İMLT.LTD.STİ tərəfindən hər iki müqavilə üzrə xx.xx.2023-cü il tarixinə kimi ümumilikdə 1.571.053,76 avro dəyərində mal göndərilmişdir, satıcı tərəfindən hər iki müqavilədə nəzərdə tutulan mallar tarix baxımından əvvəl olduğu və məbləği yüksək olduğu üçün xx.xx.2020-ci il tarixli müqaviləyə aid mallar kimi sənədləşdirilərək göndərilmişdir. Bununla da Şəxs MMC tərəfindən xaricə köçürülmüş 1.577,545 avro məbləğində vəsaitin qarşılığında 1.571.053,76 avro dəyərində mal idxal edilmişdir və xaricə köçürülmüş vəsaitlə idxal edilmiş malın dəyər fərqi 1.577,545 avro - 1.571.053,76 avro = 6491.24 avro təşkil edir. Mövcud vəziyyətdə ikinci müqavilə üzrə olan 88.750,00 avro məbləğində vəsaitin 44.375,00 avro məbləğində olan hissəsi ilə bağlı malın idxal edilməməsi və ya vəsaitin qaytarılmamasına dair mübahisə aparılır və həmin fərqi təşkil edən 6491.24 avro məbləğində vəsaitin və ya malın göndərilməsi ilə bağlı WE NAZMİ TUTKUN MAKİNA İMLT.LTD.STİ ilə danışıq aparılır. Bununla da xx.xx.2021-ci il tarixli müqavilə üzrə köçürülmüş 88.750,00 avro məbləğində vəsaitin 44.375,00 avro məbləğində olan hissəsi ilə bağlı mal artıqlaması ilə idxal edilmişdir. Şəxs MMC–nin əməlində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi və inzibati xəta tərkibi yoxdur. X4 tərəfindən kabinetdə oturaraq və işin faktiki halları araşdırılmayaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. EP0141552 saylı inzibati xəta haqqında protokolun ləğv edilərək İXM-nin 53.1.1 və 53.1.2-ci maddəsində nəzərdə tutulan əsaslarla inzibati xəta haqqında iş ürə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 29 sentyabr 2021-ci il tarixində "xxxx" ASC vasitəsilə 44375.00 Avro məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş **********7022 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən köçürülmüş 44375.00 Avro məbləğində pul vəsaiti hesabına alınmış mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 44375.00 Avro məbləğində pul vəsaiti xaricə köçürülmüş, 44375.00 Avro hesabına mal xx.xx.2021-ci il tarixdə ölkəyə idxal edilmiş və gömrük bəyannaməsi ilə bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4454/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4454/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver