Məhkəmə qərarları › İş №3(011)-447/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-447/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-447/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3, Şəxs MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 01 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-50/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X2 məxsus “Mercedes Benz-ML300” minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən avtodayanacaqdan istifadə etməsinə maneələr törədilməsi və avtomobilin parkinqə girişçıxış kartının bloklanması cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs "xxxx" MTK-ya qadağan edilməsi vəzifəsi qoyulan Şəxs MTK-ya qadağan edilməsinə dair öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Şəxs MTK-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında inzibati xəta haqqında protokola etiraz təqdim edərək bildirmişdir ki, aşağıda qeyd edilənlərə əsasən protokol əsassız olduğundan və Şəxs MTK-nın hərəkətsizliyində hər hansı inzibati xəta tərkibi olmadığından icraata xitam verilmə barəsində qərar qəbul edilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, hazırda İcra şöbəsi tərəfindən inzibati xəta haqqında protokolda göstərilən tənbehin tətbiqi zərurətini yaradan hallar Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 16(011)-50/2023 saylı müvəqqəti təminat tədbiri ilə əlaqələndirilir. Qeyd olunan MTT qərardadı əsasında Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 16(011)-50/2023- 006 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi verilmişdir. Həmin icra vərəqəsinə əsasən X1 ərizəsi təmin edilmiş, X2 məxsus “Mercedes Benz-ML300" minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ünvan 2 ünvanındakı yüksək mərtəbəli yaşayış binasında yerləşən avtodayanacaqdan (parkinqdən) istifadə etməsinə maneələr törədilməsi və avtomobilin parkinqə giriş-çıxış kartının bloklanması cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs Şəxs MTK-ya qadağan edilmişdir. Müvafiq tələblə bağlı tərəflərindən hər hansı addımın atılması mümkünsüzdür. Belə ki, ******* saylı, xx.xx.2024-cü il tarixli Xətai rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş protokolda tərəflərindən Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 16(011)-50/2023-006 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəblərdən icra olunmaması ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin məzmununa diqqət yetirsək, həmin norma, Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Qeyd olunmalıdır ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, icra məmuru tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə hüquqi ixtiyarının olması və ya adına qərardadı icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda məhkəməyə təqdim edilmiş sənədlərdə göstərilən xüsusatlarla Şəxs MMC-nin məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icra sənədində qeyd olunan ünvan 2 ünvanındakı yüksək mərtəbəli yaşayış binasında olan zirzəmi (avtodayanacaq və digər qeyri-yaşayış sahəsi də tərkibinə daxildir) digər şəxsin mülkiyyətindədir. Bu səbəbdən adıçəkilən mübahisə ilə bağlı maneələrin aradan qaldırılması Şəxs MMC-nin səlahiyyətləri xaricindədir. Hazırda Bakı Apellyasiya Məhkəməsində analoji məsələ ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi davam etməkdədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən (Seriya: MA Ns0323995) xx.xx.2011-ci il tarixli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9748.0 kv.m Zirzəmi (qeyri-yaşayış sahəsi) X4 mülkiyyətindədir. Göründüyü kimi müvafiq əmlak mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmaqla, digər şəxsin mülkiyyətində olduğundan hazırki icra sənədinin tərəflərindən icrası fiziki cəhətdən mümkünsüzdür. Qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən də hazırki məhkəmə mübahisəsi ilə bağlı demək olur ki, icra məmuru Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icra sənədi əsasında Şəxs MTK-nin səlahiyyətli şəxs olub-olmamasının araşdırılmasını aparmalı və sonuncunun müvafiq icra sənədinin icrasının mümkünsüzlüyünü nəzərə almalı idi. Bunu nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında bildirmişdir ki, X2 məxsus “Mercedes Benz-ML300” minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ünvan 1 ünvanındakı yüksək mərtəbəli yaşayış binasında yerləşən avtodayanacaqdan istifadə etməsinə maneələr törədilmiş və avtomobilin parkinqə girişçıxış kartının bloklanmışdır. Odur ki, Şəxs MTK barəsində tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xətai Rayon Məhkəməsinin 16(011)-50/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, dərhal icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs MTK tərəfindən icra sənədini dərhal könüllü icra etməsi, əks halda icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Şəxs MTK tərəfindən icra sənədi üzrə tələbin təmin edilməli olması, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı barəsində xəbərdar edilmişdir. Məhkəmə borclunun, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MTK-nin inzibati xəta haqqında protokola etirazın dəlilləri əsassızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-50/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs "xxxx" MTK-nın üzərinə X2 məxsus “Mercedes Benz-ML300” minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən avtodayanacaqdan istifadə etməsinə maneələr törədilməsi və avtomobilin parkinqə giriş-çıxış kartının bloklanmasının qadağan edilməsi öhdəliyi qoyulmuş, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Bununla da Şəxs MTK-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Şəxs MTK- Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-50/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadını qərəzli olaraq icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Güründüyü kimi hüquqi şəxs Şəxs MTK icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmiş, qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərardadını icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs MTK-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Hüquqi şəxs Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək ona 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar