Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4474/2023 22.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, X3 Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə qanuni şəkildə idarə etdiyi "HYUNDAİ AZER MİNİK” markalı, **-BM-*** dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nömrəli DYP avtomobili ona saxla əmrini vermişdir. DYPİ-nin Müşayiət - Eskort bölüyünün YPX inspektoru, polis baş serjantı X6 ondan sənədlərini tələb etmiş, kompüter vasitəsi ilə onun məlumatlarını yoxlamış və sənədlərində heç bir qanun pozuntusu aşkar olunmamışdır. Daha sonra ona dumana qarşı işıqlarında qeyri-qanuni olan led lampaların olmasını irad tutdu və o səbəbdən də avtomobilin cərimə meydançasına aparılmalı, orada lampalar dəyişdirildikən sonra cəriməsi ödənilməklə avtomobilin dayanacaqdan buraxılmalı olduğunu bildirmişdir. Həmin əməkdaşa bildirmişdir ki, əvvəla avtomobilində olan lampaları qanunvericilik qadağan etmir, digər tərəfdən əgər YPX əməkdaşı hesab edirsə ki lampalar standartlara uyğun deyil, onda dərhal həmin lampaları yerində dəyişdirməklə qeyd olunan standarta uyğun olan lampanı quraşdırmağa qadirdir. O nə qədər desə də YPX əməkdaşı lampanı dəyişdirməyinə və onun dediyi nasazlığı aradan qaldırmağına imkan verməmişdir. Ailə üzvləri avtomobildə ola-ola avtomobili cərimə meydançasına aparılmışdır. Cərimə meydançasında o, avtomobildə olan led lampaları çıxarıb öz standart lampalarını quraşdırmışdır. Lampanı dəyişmək üçün xüsusi biliyə və ya mütəxəssisə ehtiyac yoxdur. Avtomobilin dayanacağa qəbulu zamanı tərtib olunmuş aktda da tərəfindən led lampaların zavod istehsalı lampalarla əvəz olunması qeyd olunmuşdur. Həmin aktla o, Bakı DYPİ-nin 30-cu otağına yaxınlaşmışdır. İnzibati otaqda birinci dəfə Anar adlı əməkdaş avtomobilini dayanacaqdan çıxarmağına icazə verməyərək bildirdi ki, lampaların dəyişdirilməsi mütəxəssis tərəfindən həyata keçirilməli, bu barədə akt tərtib olunmalı, həmin akt idarəyə təqdim edildikdən sonra avtomobilin dayanacaqdan götürülməsinə icazə verilməlidir. Etirazını bildirsə də faydası olmamışdır. İlk öncə Hyundai servizə müraciət etmişdir. Onlar belə bir xidmətlərinin olmadığını bildirdilər. Daha sonra o da məcburr qalıb gedib Renault avtomobil servis mərkəzinə müraciət etmişdir. Həmin servizdən elektrik mütəxəssislə birgə dayanacağa gəlmişlər. Mütəxəssis lampalara baxış keçirmiş və lampaların tərəfindən düzgün qaydada zavod istehsalına dəyişdirildiyi müəyyən edildi və bu barədə servizdən ona arayış verilmişdir. Tərəfindən həmin an videoya çəkilmişdir və məhkəməyə təqdim edilmişdir. O, həmin arayışla birgə yenidən DYPi-nın 30-cu otağa yaxınlaşmış, inzibati otaqda polis kapitanı X2 təqdim etdiyi arayış əsasında avtomobilinin cərimə meydançasından götürülməsinə icazə kağızı vermişdir. Bununla avtomobilini cərimə meydançasından çıxarmışdır. Həmçinin avtomobili Xətai rayonu, Y.Səfərov küçəsində saxlanılsa da orada tələb etməyinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmədi və protokol ona verilmədi. Əməkdaş ona sabah Bakı şəhəri DYPİ-nə yaxınlaşmaqla protokolu oradan götürməyini söylədi. Protokol ona hadisədən bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə 30-cu otaqda Zaur adlı şəxs vermişdir. İnzibati tənbeh vermə haqqında protokol da həmin tarixdə ona təqdim edilmişdir. Protokola baxanda anladı ki, bir gün öncəki xx.xx.2023-cü il tarixdə ona protokol tərtib etmişdir. Protokoldan görünür ki, barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib etmiş, həmin maddə ilə də inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qeyd etmək istəyir ki, barəsində Bakı şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, əvvəla inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibatı xəta haqqında icraat aparılan şəxs kimi ona lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə o, inzibati xəta haqqında iş üzrə materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Eyni zamanda, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və izahat verməkdən imtina etmişdirsə bu barədə, həmçinin, ona Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsi barədə ptotokolda müvafiq qeydiyyat aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də protokol və qərar qanunverciliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati xəta haqqında icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Digər tərəfdən, əməlində inzibati xəta tərkibi yoxdur və əməl inzibatı xəta hadisəsi hesab olunmur. Qeyd etdiyi kimi onun nəqliyyat vasitəsində standartlardan kənar heç bir əlavə avadanlıq quraşdırılmamış, qanunsuz heç bir konstruksiya dəyişikliyi edilməmişdir. Edilən dəyişiklik satndartlara uyğundur, qanunverciliyin tələblərinə tam cavab verir. Dəfələrlə qeyd etmişdir ki, onun quraşdırdığı lampalar belə normativ tələblərə uyğundur, hətta lampalar zavod istehsalı işıq yayıcılarla birgə tamdır. İnzibati araşdırma aparan qurum əməlində pozuntu olmasını heç bir qanunvercilik aktı ilə əsaslandıra bilmir. Qərardan görünür ki, guya avtomobilində normativ tələbləri pozmaqla lampanı dəyişdirmişdir. Halbuki edilmiş bu dəyişiklik tam qanunidir və normativ tələblərin pozulması halı aşkar olunmur. Digər tərəfdən qarunverciliyin tələbinə əsasən avtomobildə aşkar olunan nasazlıq və ya dəyişiklik yerində aradan qaldırıla bilirsə aradan qaldırılmalı, aradan qaldırılması mümkün olmayan nasazlıq və ya dəyişikliklər varsa avtomobil cərimə müydançasına yerləşdirilməli və nasazlıq orada aradan qaldırılmalıdır. Həmçinin qanunvercilikdə quraşdırılmış lampanın zavod istehsalı olan lampaya dəyişdirilməsi üçün bu sahədə mütəxəssisin-elektrikin cəlb olunmasını məcburi şəkildə müəyyən etməmişdir. DYPİ əməkdaşının qanunsuz tələləbləri ucbatından bunlara əməl etməyə məcbur qalmışdır ki, avtomobilini oradan götürə bilsin. Məhkəmə iclasında X5 Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin səlahiyyətli nümayəndəsi qərarın qanuni və əsaslı olmasını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X3 “Hyundai Azera” minik markalı **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 “Hyundai Azera” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan “Renault” avtomobil servis mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə elektrik Afiq Qasımov tərəfindən 21 saylı duracaqda duman əleyhinə işıqlara baxış keçirilmiş, baxış zamanı led lampaların zavod üsulu ilə hazırlanmış H11 lampaları ilə əvəz olunması və heç bir nasazlığın olmadığı müəyyən edilmişdir. Məhkəmə şikayətçinin şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 96.1.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 97.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. “Yol hərəkəti haqqında” Qanunun 84-cü maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək vəzifəsi var. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı əlavə olan “Nəqliyyat vasitələrinin nasazlıqlarının” s i y a h ı s ı n ı n İİİ bəndində xarici işıq cihazlarında aşağıdakılar nasazlıq müəyyən edilmişdir: 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 barəsində Bakı şəhəri X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda avadanlığın dəyişdirilməsinin nədən ibarət olması göstərilməmiş, Məcəllənin müvafiq maddəsi qeyd olunmaqla kifayətlənmişdir, heç bir sübuta istinad edilmədən qərar qəbul edilmiş, həmçinin X3 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X3 normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirməsini hansı sübutla müəyyən edildiyi göstərilməmiş, polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib etmişdir. Həmçinin təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri X11 İdarəsinin əməkdaşı tərəfindən protokol qanunun tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolla tanış olmaq imkanının yaradılması barədə məlumat, protokolun surətinin təqdim edilməsi və ya ondan imtina edilməsi barədə məlumatlar, hüquqları və vəzifələrin izah edilməsi barədə müvafiq qeyd öz əksini tapmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Dövlət Yol İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri BPİ X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X11 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4474/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4474/2023
22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver