Məhkəmə qərarları › İş №3(011)-4478/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4478/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4478/2025 26.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, X1 DİN BDYPİ-nin EQ/27068619 saylı protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 27068619 saylı xx.xx.2025-ci tarixli protokol və onun əsasında qəbul edilən qəbul edilən xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, idarə etdiyi “Kia Rio” minik markalı **-ZM-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2025-ci il tarixində Moskva pr. 20 yanvar dairəsi istiqamətinsə İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-1-ci maddəsinin tələbini pozduğu üçün EQ 27068619 saylı protokol tərtib olundu. Avtomobili qeyd olunan gün və saatda şikayətçi idarə etdiyi üçün cərimə şikayətçinin adına yazılmışdır. Amma qeyd olunan maddə üzrə hansısa qaydanı pozmamışdır. xx.xx.2025-ci il tarixli qərardan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə etdiyi şikayət qismən məhkəmə tərəfindən qismən təmin edilmişdir. Məhkəmənin 3(011)-2986/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. X3 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 02 aprel 2025-ci il tarixli EQ 27068619 nömrəli protokol əsasında tərtib edilmiş 02 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar, ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Təəssüf ki, müvafiq orqan heç bir araşdırma aparmadan eyni məzumlu qərar qəbul etdi. Hesab edir ki, şikayətçi barəsində İXM-nin 327.1-1-ci maddəsi ilə tərtib olunan EQ 27068619 saylı xx.xx.2025-ci tarixli protokol və onun əsasında qəbul edilən qəbul edilən xx.xx.2025-ci il tarixli qərarı sübut etmək BDYPİ öhdəsindədir. Həmçinin onu da bildirir ki, iyun ayının 25 tarixində avtomobilinin texniki baxışdan keçmək vaxtıdır. Qanunvericiliyin tələbinə əsasən avtomobil üzərində hər hansı inzibati cərimə olduğu halda texniki baxışdan keçirilə bilməz. Daha sonra şikayətçi dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli qərarın ləğv edilməsi və EQ 27068619 saylı protokola xitam verilməsi və ödədiyi 90 manatın şikayətçiyə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ-nin EQ/27068619 saylı protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 “Kia Rio” minik markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 02 aprel 2025-ci il tarixdə saat 12:49-da Bakı şəhəri, Moskva prospekti, 20 yanvar dairəsi (Şamaxinka) istiqamətində hərəkətdə olarkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə tərəfindən sözügedən ünvanda nişanların hansı tarixdən mövcud olması barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq AYNA-dan bildirilmişdir ki, Moskva prospekti, “20 Yanvar” dairəsi (Şamaxinka) istiqamətində “5.9” (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) yol nişanları 2021-ci ildə quraşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.1-1-ci maddəsinə görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı AYNA-dan bildirilmişdir ki, Moskva prospekti, “20 Yanvar” dairəsi (Şamaxinka) istiqamətində “5.9” (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) yol nişanları 2021-ci ildə quraşdırılmışdır. Məhkəmə hesab edir ki, X2 idarə etdiyi avtomobil “07:00-22:00” qadağan edici nişanına baxmayaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olduğundan qanun pozuntusuna yol vermiş, bununla da haqlı olaraq barəsində qərar tərtib edilərək cərimələnmişdir. Odur ki, DİN BDYPİ-nin EQ/27068619 saylı protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Məhkəmə şikayətin ödənilmiş 90 manat pulun geri qaytarılmasına münasibətdə qeyd edir ki, nə qədər ki, məhkəmə protokolun tərtib edilməsinin qanuni olması qənaətinə gəlir, bu səbəbdən hesab edir ki, bu hissədə də şikayət təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. DİN BDYPİ-nin EQ/27068619 saylı protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar