Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4481/2021 07.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi ilə, X2 Xətai Rayon Dövlət X8 TP ******* saylı 14 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X6 şikayətlə məhkəməyə müraciət edərək Xətai Rayon Dövlət X8 TP ******* saylı 14 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X6 inzibati tənbeh vermə haqqında qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini buraxdığından və müddətin bərpası üçün vəsatət vermədiyindən şikayətin icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. İş materiallarında olan Xətai Rayon Dövlət X8 TP ******* saylı 14 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. İş materiallarından görünür ki, X6 tərəfindən verilmiş şikayət ərizəsi 06 dekabr 2021ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraatı rədd edən halın mövcudluğu səbəbindən X3 şikayəti geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120- 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 Xətai Rayon Dövlət X8 TP ******* saylı 14 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın. X4 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4481/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4481/2021
07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver