Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4483/2021 13.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X4 Abşeron Rayonu Dövlət X15 tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu Dövlət X15 tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18 avqust 2021-ci il tarixində Xırdalan, Qəzənfər Musabəyov küçəsində özünə məxsus Nissan X-trail markalı 99XM979 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən saat 14:35 radələrində Abşeron DYP YPX inspektoru polis serjantı İsmayılzadə Səxavət onu saxlamış və barəsində inzibati xəta törətdiyi üçün protokol tərtib edəcəyini bildirmişdir. Törətdiyi xətanı bilmək istədiyini söylədikdə YPX inspektoru ona “Giriş qadağandır” yol nişanının tələbini pozduğunu bildirmişdir. Bu zaman o, YPX inspektoruna hərəkətə Xırdalan şəhər poliklinikasının həyətindən başladığını və hərəkət zamanı qarşına 3.1 “Giriş qadağandır” yol nişanının çıxmadığını bildirmişdir. YPX inspektoru onu öz xidməti avtomobilinə dəvət etdi və birlikdə onun xidməti avtomobili ilə hərəkətə başladığı nöqtəyə, yəni Xırdalan şəhər poliklinikasının həyətinə qayıtdılar. Həmin həyətdən inspektorun avtomobilini saxladığı yerə getmək üçün sola dönərək getdiyini dedi və həyətdən yola çıxarkən hər hansı bir qadağanedici nişanın olmadığını YPX inspektoru da görmüş oldu (Əlavə 4. Xırdalan şəhər poliklinikasının giriş-çıxışının şəkli 18.08.2021-ci il tarixində çəkilib). Bu halda YPX inspektoru ona poliklinikanın həyətinin giriş-çıxışından təxminən 50 metr sağda küçənin Həzi Aslanov küçəsinin kəsişməsində qoyulmuş yol nişanını göstərərək bildirdi ki, o nişan “Giriş qadağandır” yol nişanıdır və o, ona görə sola dönə bilməzdi və dönmüşdürsə həmin nişanın tələbini pozmuş olur. O bir daha inspektora bildirdi ki, o nişanın önündən keçməmişdir, hərəkətə Xırdalan şəhər poliklinikasından başlamış və hərəkətə başladığı yerdən 50 metr aralıda olan və olduğu yerdən arxasını gördüyü nə nişanı olduğunu belə görə bilmədiyi və yolunun üzərində olmayan bir nişanın tələblərini necə poza bilər (Əlavə 5. Həzi Aslanov küçəsi ilə kəsişmədə olan nişanın Xırdalan şəhər poliklinikasının həyətinin çıxışından görüntüsünü əks etdirən şəkil 18.08.2021-ci il tarixində çəkilib). Belə olan halda YPX inspektoru ona maşınların düzülüşünü əsas gətirərik bildirdi ki, həyətdən çıxarkən avtomobillərin yol kənarındakı biristiqamətli düzülüşündən bilməli idi ki, sola giriş qadağandır (Əlavə 6. Xırdalan şəhər poliklinikasının həyətindən sola dönərək Qəzənfər Musabəyov küçəsinə getdiyi yolun şəkli 18.08.21-ci il tarixində çəkilib). Bu halda da o, YPX inspektoruna bildirdi ki, qanunvericilikdə avtomobillərin düzülüşünə əsasən qaydalar nəzərdə tutulmayıb, axı o, onun tələblərini pozsun. Bundan sonra da YPX inspektoru ona bildirdi ki, Qəzənfər Musabəyov küçəsindən Xırdalan şəhər poliklinikasının həyətinin giriş-çıxışına tərəf dönərkən yolun sağında olan 5.5 Birtərəfli hərəkət yol nişanını yadda saxlamalı və qayıdanda nəzərə almalı idi. O, YPX inspektoruna bildirdi ki, qanunda da sürücü və ya onun yanında əyləşmiş şəxslər yol nişanlarının yerlərini əzbərləməli və hər hansı yolla geri qayıdarkən tərsindən gördüyü yol nişanını xatırlayaraq ona tabe olmalıdır deyə hal nəzərdə tutulmadığını bildirərək bir daha “Giriş qadağandır” yol nişanının tələblərini pozmadığını qeyd etdi. Bütün bu müzakirədən sonra YPX inspektoru 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozduğunu gördüyünü və xidməti avtomobilinin videomüşahidə kamerası ilə qeydə alındığını əsas gətirərək protokol tərtib edərək göndərəcəyini bildirdi. Bir neçə dəqiqə sonra ona inzibati xəta törətdiyilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən AR İXM-in 327.2-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edildiyi ilə bağlı sms bildirişi gəldi. Daha sonra öyrəndi ki, 18.08.2021-ci il tarixində bu protokolla bağlı qərarda verilmişdi. Protokolda və onun ilk qərarında onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş hallarla bağlı törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdi. Bu protokoldan 18.08.2021-ci il tarixində DİN-nin Baş X14 İdarəsinə şikayət etdi, lakin qanunvericiliyə uyğun ədalətli nəticə əldə edə bilmədiyindən 20 sentyabr 2021-ci il tarixində Xətai Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdi. Bakı şəhər Xətai Rayon Məhkəməsində hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi ilə şikayətinə (iş № 3(011)-3552/2021, Əlavə 7. məhkəmənin yekun aktı) baxılmış, 13 oktyabr 2021-ci il tarixində şikayətinin qismən təmin edilməsi ilə bağlı yekun akt qəbul edilmişdir. Belə ki, protokol üzrə Abşeron DYP YPX inspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola (İXP4135262, Əlavə 2) Abşeron RPİ-nin X14 (DYP) Şöbəsində yenidən baxılaraq haqqında çıxarılan inzibati tənbeh vermə haqqında qərarın (TP4739481, Əlavə 3) heç bir hüquqi əsasları yoxdur. Belə ki, Xırdalan şəhər Həzi Aslanov küçəsindən Xırdalan şəhər poliklinikasına dönən yolun kəsişməsində olan 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmaq üçün avtomobili ilə Xırdalan şəhər poliklinikasının həyətinə Həzi Aslanov küçəsindən gələrək daxil olmalı idim ki, mən Həzi Aslanov küçəsindən nəinki 18.08.2021-ci il tarixində saat 14:30 radələrində ümumiyyətlə heç bir tarixdə avtomibillə keçməmişdir, bunu Həzi Aslanov küçəsində quraşdırılmış müşahidə kameralarından da dəqiqləşdirmək olar. 11 noyabr 2021-ci il tarixində Abşeron RPİ-də X14 (DYP) Şöbəsinin inzibati Təcrübə üzrə baş inspektoru Vüsal Qələndərovun dəvəti ilə Abşeron RPİ-də oldu və işə yenidən baxıldı. Bu zaman ona əvvəlki araşdırmalarda heç vaxt qeyd edilməyən yeni bir məlumat bildirildi ki, Xırdalan şəhər poliklinikasının həyətinin çıxışında Məcburi hərəkət istiqaməti nişanlarından 4.1.2 Sağa hərəkət nişanı var və ərazinin yeni çəkilmiş fotoşəkili göstərildi. O bildirdi ki, 18.08.2021-ci il tarixində YPX inspektoru onu saxladıqdan sonra öz xidməti avtomobilinə onu dəvət etdi və onlar birlikdə onun xidməti avtomobili ilə Xırdalan şəhər poliklinikasının həyətinə qayıtdılar və həmin vaxt orada hər hansı bir nişan olmadığını inspektor da görmüş oldu. DYP avtomobilinin qeydiyyat kamerasından bu faktı dəqiqləşdirmək olar. O, həmçinin 18.08.2021-ci il tarixində ərazinin fotoşəkillərini çəkdiyini bildirdi və Xırdalan şəhər poliklinikasının həyətinə girişin fotoşəkilini təqdim etdi. Həmin fotoşəkildə darvazada hər hansı bir yol nişanı olmadığı aydın görsənir. 11.09.2021-ci il tarixində Vüsal Qələndorovun qəbulunda olmuş, ona ərazinin mübahisəli olduğunu və əlavə olaraq da X8 42-ci maddəsinin 4-cü bəndini əsas gətirərək bildirmişdi ki, Xırdalan şəhər poliklinikasının həyətindən sola dönmək qadağandır və mən sola dönməklə həmin yerdən 50 metr aralıda sağda olan və arxasını gördüyündən nə nişanı olduğunu belə bilmədiyi “Giriş qadağandır'' yol nişanının tələbini pozmuşdur. O, maddədə nəzərdə tutulmuş tələbə baxmaq üçün qanunu tələb etmiş və bir neçə əməkdaşın da iştirakı ilə oradakı açıqlamaya baxmışdılar. X8 42-ci maddəsinin 4-cü bəndində deyilir ki, “Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir”. Qanunun bu maddəsinin isə ona yazılmış olan “Giriş qadağandır” yol nişanının tələbinin pozulması protokolu ilə və yaxud da onun sola dönməyinin qadağan edilməsi ilə heç bir əlaqəsi olmadığından araşdırmanın düzgün aparılmadığını bildirmiş və yazılı nəticəsini tələb etmişdir. 14.09.2021-ci il tarixində ona Abşeron RPİ-də müraciətinə baxıldığı ilə bağlı sənəd təqdim edilib ki, idarə etdiyi avtomaşınla qeyd olunan küçədən Qəzənfər Musabəyov küçəsinə daxil olmanız və qeyd olunan nişanın tələblərini pozmanız videogörüntüdə aydın şəkildə qeyd olunmuşdur (belə bir videogörüntü ona və yaxud da ötən məhkəməyə təqdim edilmədi), videogörüntüyə əsasən tərtib edilmiş inzibati protokolun tərtib olunmasında qanun pozuntusuna yol verilməyib. Araşdırmanın nəticəsindən də göründüyü kimi poliklinikanın həyətinin çıxışında hər hansı nişan olması göstərilməyib. 11.11.2021-ci il tarixində işə yenidən baxılarkən təqdim edilmiş şəkillərdən isə göründüyü kimi bu “Məcburi hərəkət istiqaməti 4.1.2 Sağa hərəkət” nişanı standartlara və tələblərə uyğun olmayaraq darvazaya sonradan ip və məftil ilə kustar üsulla bərkidilib, darvaza açılıb-bağlandıqda nişan tərsinə çevrilir, yerini və istiqamətini dəyişir ki, bu qanunvericiliyə ziddir və yolverilməzdir.\İşə yenidən baxılarkən onu da qeyd etmişdir ki, Xırdalan şəhər poliklinikasının giriş darvazasına sonradan ip və məftil ilə bərkidilmiş bu nişanın tələbinin pozulması AR İXM-in 327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi” kimi qiymətləndirilməlidir ki, bu hal da tərtib edilmiş protokol və onun qərarı ilə uyğunluq təşkil etməməkdədir. Sonda burada qeyd etmiş olduğu bütün halları izahatında yazaraq xahiş etmişdir ki, təqdim etdiyi sübutlar nəzərə alınaraq ədalətli və qanunauyğun qərar verilsin. 11 noyabr 2021-ci il tarixində Abşeron Rayon X14 (DYP) Şöbəsində işə yenidən baxılsa da, yuxarıda qeyd etdiyi hallar və ərazinin 18.08.2021-ci il tarixində çəkilmiş təqdim etmiş olduğu fotoşəkillər nəzərə alınmadan və heç bir qanuni istinad (sübut) göstərilmədən, yəni öz versiyalarını sübuta yetirmədən barəsində AR İXM-in 327.2-ci maddəsinə əsasən 3.1 “Giriş qadağandır” yol nişanının tələbinin pozulması ilə bağlı tərtib edilmiş İXP ******* saylı protokolda və yenidən veriləcək olan eyni qərarda qanun pozuntusunun olmadığını bildirdilər. 30 noyabr 2021-ci il tarixində ona İXP4135262 protokolu ilə bağlı yenidən inzibati tənbeh vermə haqqında qərar verilməsi bildirişi gəldi. Qərarla (TP4739481) tanış olduqda məlum oldu ki, Bakı şəhər Xətai Rayon Məhkəməsində hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi ilə 18.08.2021-ci il tarixində keçirilmiş məhkəmə işində çıxarılmış yekun aktı ilə inzibati tənbeh vermə haqqında ləğv edilmiş qərar olduğu kimi yenidən qəbul edilmişdir. Əvvəldə də qeyd etdiyi məqamlardan və təqdim etdiyi sübutlardan da göründüyü kimi AR İXM-in 327.2-ci maddəsinin 3.1 “Giriş qadağandır" yol nişanının tələbi tərəfindən pozulmamışdır. Onu da qeyd etmək istəyir ki, AR İXM-in 327.2-ci maddəsində 3.1 “Giriş qadağandır” yol nişanının tələbinin pozulmasına görə altmış manat məbləğində cərimə və 3 (üç) cərimə balı nəzərdə tutulur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Abşeron Rayonu Dövlət X13 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında X3 Rayonu Dövlət X15 tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 18.08.2021-ci il tarixli İXP ******* nömrəli protokola əsasən X7 18.08.2021-ci il tarixdə saat 14:42 radələrində Xırdalan şəhəri, Q.Musabəyov küçəsi 10 ünvanında İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Abşeron Rayonu Dövlət X15 polis kapitanı Cəmin Abasov tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X7 “Giriş qadağandır” yol nişanının tələblərini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. X2 tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. “X12” Qanunun 64-cü maddəsinin İİİ bəndinə əsasən qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Məhkəmə iclasında fotoşəkillərə baxış keçirilmiş və məlum olmuşdur ki, X7 barəsində protokol tərtib edilən vaxt, yəni 18 avqust 2021-ci il tarixdə Xırdalan Şəhər Poliklinikasının həyətindəki darvazada heç bir nişan yoxdur. Həmin tarixdən sonra darvazanın üstünə məftil ilə “4.1.2 Sağa hərəkət” nişanı yerləşdirilmişdir. Həmin darvazaya birləşdirilmiş nişan darvaza açılıb bağlandıqda öz istiqamətini dəyişir. Həmçinin məhkəməyə təqdim edilmiş fotoşəkildən görünür ki, “3.1 Giriş qadağandır” yol nişanı Xırdalan Şəhər Poliklinikasının girişçıxışında deyil, oradan təxminən 50 metr sağda yerləşir. Göründüyü kimi 18 avqust 2021-ci il tarixdə X4 hərəkətdə olduğu Xırdalan Şəhər Poliklinikasının çıxışında “3.1 Giriş qadağandır” yol nişanı quraşdırılmamışdır. H.Aslanov küçəsi ilə kəsişmədə quraşdırılmış “3.1 Giriş qadağandır” yol nişanının qarşısından keçmədiyi üçün həmin nişanın tələbini pozmuş hesab edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron Rayonu Dövlət X15 əməkdaşı X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qərar qəbul edərkən onun əməlində inzibati xəta hadisəsinin olubolmaması araşdırılmamış, heç bir araşdırma aparılmadan, sübut təqdim edilmədən formal olaraq inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar heç bir sübuta istinad edilmədən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, onun barəsində Abşeron Rayonu Dövlət X15 tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 şikayəti təmin edilsin. X4 barəsində Abşeron Rayonu Dövlət X15 tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4483/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4483/2021
13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver