Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4487/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəhbəri Yigitdol Hikmətin və vəkili Ekol Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2015 saylı, 11 fevral 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da "Hom-Paş Prestij” Mənzil- Tikinti Kooperativi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən 13 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru X8 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2015 saylı, 11 fevral 2015-ci il tarixli icra sənədinin tələbi "Hom- Paş Prestij” Mənzil-Tikinti Kooperativi tərəfindən təmin edilməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzürlü səbəb göstərmədən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, «Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəhbəri Yigitdol Hikmət izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2015 saylı, 11 fevral 2015-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi X13 və cavabdeh «X16» MTK-nın rəhbəri X5 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: 1) İddiaçı Zərərçəkmiş şəxs ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, N. Rəfiyev küçəsi, ev 36, 23 saylı mənzilin Mülkiyyət Hüquqlarına dair Çıxarışını cavabdeh «X16» MTK-nın rəhbəri Hikrnəl Yigitdölə verməyi (notarial qaydada alqı-satqı rəsmiləşdirilməklə) və ona qarşı olan bütün tələblərindən imtina etməyi öz öhdəsinə götürür. 2) «X16» MTKnın rəhbəri Hikmət Yigitdöl iddiaçı Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 36, 23 saylı mənzilin: Çıxarışını qəbul edərək, əvəzində həmin evin yerləşmiş olduğu yerdə (Bakı şəhəri, Xocalı prospekti, 32 məhəllə 181 ünvan) inşa edilmiş yeni binada dəyəri 120000 (yüz iyirmi min) manat olan ümumi sahəsi 100 kv.m olan 2 otaqlı mənzili və çəkilmiş xərclərin əvəzi olaraq 50000 (əlli min) manat (ümumilikdə 170000 (yüz yetmiş min) manat) pulu iddiaçı Zərərçəkmiş şəxs verməyi, öz öhdəsinə götürməsi qərara alınmışdır. Onun tərəfindən iddiaçı Zərərçəkmiş şəxs ümumilikdə 170000 (yüz yetmiş min) manat ödəniləcək məbləğin əvəzinə yeni tikilmiş binanın C blokunun 4-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 106 m2 təşkil edən yaşayış sahəsini təhvil verməyi öhdəsinə götürmüşdür. Odur ki, göstərilənlərə əsasən o, «Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəhbəri Yigitdol Hikmətin vəkili Ekol Vəkil Bürosunun vəkili X2 izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2015 saylı, 11 fevral 2015-ci il tarixli icra sənədinə əsasən «X16» MTK-nın rəhbəri Yigitdöl Hikmət tərəfindən iddiaçı Zərərçəkmiş şəxs ümumilikdə 170000 (yüz yetmiş min) manat ödəniləcək məbləğin əvəzinə yeni tikilmiş binanın C blokunun 4-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 106 m2 təşkil edən yaşayış sahəsini təhvil verməyi öhdəsinə götürmüşdür. Odur ki, göstərilənlərə əsasən o, "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2015 saylı, 11 fevral 2015-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi X13 və cavabdeh «X16» MTK-nın rəhbəri X5 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: 1) İddiaçı Zərərçəkmiş şəxs ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, N. Rəfiyev küçəsi, ev 36, 23 saylı mənzilin Mülkiyyət Hüquqlarına dair Çıxarışını cavabdeh «X16» MTK-nın rəhbəri Hikrnəl Yigitdölə verməyi (notarial qaydada alqı-satqı rəsmiləşdirilməklə) və ona qarşı olan bütün tələblərindən imtina etməyi öz öhdəsinə götürür. 2) «X16» MTK-nın rəhbəri Hikmət Yigitdöl iddiaçı Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 36, 23 saylı mənzilin: Çıxarışını qəbul edərək, əvəzində həmin evin yerləşmiş olduğu yerdə (Bakı şəhəri, Xocalı prospekti, 32 məhəllə 181 ünvan) inşa edilmiş yeni binada dəyəri 120000 (yüz iyirmi min) manat olan ümumi sahəsi 100 kv.m olan 2 otaqlı mənzili və çəkilmiş xərclərin əvəzi olaraq 50000 (əlli min) manat (ümumilikdə 170000 (yüz yetmiş min) manat) pulu iddiaçı Zərərçəkmiş şəxs verməyi, öz öhdəsinə götürməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 19 sentyabr 2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərarından göründüyü kimi borclu «Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativinə 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu «Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativinə icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 05 iyul 2017-ci il tarixli ərizəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2015 saylı, 11 fevral 2015-ci il tarixli icra sənədinə əsasən “X16” MTK-nın rəhbəri Hikmət Yigitdolun ona ödəməli olduğu 50000 AZN məbləğdən 3000 (üç min) manat məbləğini 05 iyul 2017-ci il tarixdə nağd şəkildə almışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 24 iyul 2017-ci il tarixli ərizəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2015 saylı, 11 fevral 2015-ci il tarixli icra sənədinə əsasən “X16” MTK-nın rəhbəri Hikmət Yigitdolun ona ödəməli olduğu 50000 AZN məbləğdən 3000 (üç min) manat məbləğini 05 iyul 2017-ci il tarixdə, 2000 AZN (iki min) manat məbləğini isə 24 iyul 2017-ci il tarixdə nağd şəkildə almışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 03 oktyabr 2017-ci il tarixli ərizəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2015 saylı, 11 fevral 2015-ci il tarixli icra sənədinə əsasən “X16” MTK-nın rəhbəri Hikmət Yigitdolun ona ödəməli olduğu 50000 AZN məbləğdən 3000 (üç min) manat məbləğini 05 iyul 2017-ci il tarixdə, 2000 AZN (iki min) manat məbləğini isə 24 iyul 2017-ci il tarixdə, 500 AZN (beş yüz) manat məbləğini isə 03 oktyabr 2017-ci il tarixdə nağd şəkildə almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 8(011)-1917/2017 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, xx.xx.1962-ci il tarixdə Türkiyə Respublikası, Antalya şəhərində anadan olmuş, “X16” MTK-nın sədri işləyən, Bakı şəhəri, Xocalı pr., 32, məh.1081 ünvanında fəaliyyət göstərən X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 09 aprel 2019-cu il tarixli “İnter MMC” (“Kooperativ”) X12 şəxsində və “X16” MTK-nın sədri X6 və Zərərçəkmiş şəxs (“Payçı”) arasında bağlanmış müqavilənin surətindən görünür ki, “Kooperativ” tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın C blokunun 4-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 106 m2 təşkil edən yaşayış sahəsini “Payçıya ”təhvil verməyi, tikinti başa çatdıqdan sonra sahə dəqiqləşdirilir və qarşılıqlı hesablaşmalarda nəzərə alınması öhdəsinə götürülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, «Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: «Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4487/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4487/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver