Məhkəmə qərarları › İş №3(011)-4495/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4495/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4495/2021 06.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru polis kapitanı İslam Cəfərovun iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik maddə istehlak etmişdir. Bu barədə Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru polis kapitanı İslam Cəfərov tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 06 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 04.12.2021-ci il tarixdə saat təxminən 11:00 radələrində əvvəllər tanımadığı Elvin adlı şəxs ona zəng edərək taksi fəaliyyəti ilə məşğul olduğu üçün onu Xırdalandan Əhmədli qəsəbəsinə aparmasını bildirdi. Onu qarşılayanda Elvindən başqa daha 2 nəfər adam var idi. Əhmədli qəsəbəsinə çatdıqdan sonra Zığ yolunda yerləşən C.Naxçıvanski adına liseyə tərəf sürməyini istədi, orada 1 saatdan artıq dayandıqdan sonra Gəncə pr. istiqamətində hərəkətə başladılar, bu zaman post patrul əməkdaşları yaxınlaşaraq onları polis bölməsinə dəvət etdilər. Bir neçə gün əvvəl Xətai rayonu ərazisində narkotik vasitə qəbul etmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Bu səbəbdən barəsində yüngül inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru polis kapitanı İslam Cəfərov protokolun məzmununa uyğun izahat verərək qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli protokoldan aydın olur ki, Şəxs 05.12.2021-ci il tarixdə, saat 00:40 radələrində Xətai rayonu Gəncə prospekti ərazisində şübhəli şəxs qismində narkotik vasitə THC (+) qəbul etmiş, bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; X3 Narkotik Vasitələrin və X4 Hallarının Müəyyən edilməsi Məqsədi ilə X5 haqqında 06 dekabr 2021-ci il tarixli, 4311 saylı aktdan görünür ki, X1 narkotik vasitə THC (+) aşkar olunmuşdur. Tutma haqqında protokoldan görünür ki, Şəxs 05.12.2021-ci il tarixdə, saat 01:40-da inzibati qaydada tutulmuşdur; Raportdan görünür ki, 05.12.2021-ci il tarixdə, saat 00:40 radələrində inzibati ərazidə xidmət apararkən Gəncə pr. “Richman” restoranı ilə üzbəüz olan ərazidə “Ravon” markalı avtomobil ** PG *** d.q.navtomobildə 4 (dörd) nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər, onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra verilən suallara yalan məlumatlar verdiklərindən və narkotik vasitənin təsiri altında şübhəli şəxs kimi 35-ci PB-yə dəvət etmişlər. Hərbi biletin surətindən görünür ki, Şəxs İİ Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatını və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Xətai rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Bununla da, Hüseynov X6 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Hüseynov X6 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar