Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4495/2024 19.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nin polis sahə inspektoru X1 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Daşkəsən rayonu, Kəmərqaya kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Daşkəsən rayonu, Kəmərqaya Ərazi Dairəsi, Kəmərqaya kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində 19 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nin polis sahə inspektoru X3 tərəfindən tərtib olunmuş 19 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə N.Tusi küçəsində yerləşən "xxxx" MMC-dən oğurluq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 17 sentyabr 2024-cü ildə N.Tusi küçəsində yerləşən tikinti materialları satılan mağazadan metal qırıntıları oğurlamışdır. Daha sonra onun barəsində şikayət olunduğundan o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Beləliklə o, hazırda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışdığını, onlara dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında “VAZ 2107” markalı avtomobilin sürücüsü "xxxx" MMC-yə məxsus yeni tikili binanın həyətindən armatur və dəmir parçaları oğurlamışdır. Qeyd olunan mühafizə xidmətinin rəhbəri Zəfər İlyaszadə tərəfindən kamera görüntülərinə baxarkən aşkar edilmişdir. Bundan sonra bu barədə polisə məlumat verilmişdir. Fakt nəticəsində mağazaya təxminən 70 manat maddi ziyan dəymişdir. Hal-hazırda onlara dəymiş maddi zərər ödənilmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, o, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nin polis sahə inspektoru X3 izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə N.Tusi küçəsində yerləşən "xxxx" MMC-dən oğurluq etmişdir. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 19 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur və əməli törətmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin 35-ci PB-nə təqdim edilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nin polis sahə inspektoru X3 tərəfindən tərtib olunmuş 19 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə N.Tusi küçəsində yerləşən "xxxx" MMC-dən oğurluq etdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 17 sentyabr 2024-cü il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır; 17 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 18:10-da inzibati qaydada tutulmuşdur; Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 19 sentyabr 2024-cü il tarixli ərizədən müəyyən edilir ki, o, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ilə barışmış, ona dəymiş maddi ziyanı ödəmiş, sonuncunun ona qarşı şikayəti yoxdur və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir; zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş 19 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4495/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4495/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver