Məhkəmə qərarları › İş №3(011)-45/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-45/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-45/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X4 müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, X4 Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 19.11.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 19.11.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 19.11.2021-ci il tarixdə yas mərasimi ilə əlaqədar Xətai rayonunda yerləşən Qəsr restoranında olarkən təxminən saat 13.05 radələrində özlərini polis əməkdaşı kimi təqdim edən müxtəlif şəxslər ona yaxınlaşaraq özünü və covid-19 passportunu, eyni zamanda şəxsiyyət vəsiqəsini təqdim etməyini ondan tələb etmiş və qeyd olunan sənədlər N.Quliyev tərəfindən onlara təqdim edildikdən sonra polis əməkdaşları hər hansı bir məlumat vermədən həmin yerdən uzaqlaşmışlar. Restoranı (yas mərasimini) tərk etdikdən təxminən 35 dəq sonra ASAN pay şəxsi kabinetinə EXP ******* saylı elektron protokolla AR İXM-nin 211.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat cərimə olunduğu barədə məlumat daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin sözügedən maddəsi ilə 4000 manat cərimə yalnız vəzifəli şəxslərə münasibətdə onların öz vəzifə səlahiyyətləri ilə əlaqədar inzibati xəta hadisəsi törətdikdə tətbiq edilə bilər, lakin onun hazırki inzibati xəta hadisəsini onun hər hansı vəzifəsinin icrası ilə bağlı törətmədiyini nəzərə alsaq inzibati xəta hadisəsinə münasibətdə vəzifəli şəxs kimi cərimə olunması tamamilə qanunsuzdur. Məsələylə əlaqədar 29.11.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Polis İdarəsinə sözügedən X9 Protokolun ləğvi və başlanılmış icraata xitam verilməsi haqqında şikayət ünvanlasa da işə baxan vəzifəli (səlahiyyətli) şəxs tərəfləri inzibati xətalara dair icraatda iştirak etmək üçün dəvət etmədən 06.12.2021-ci il tarixli, 101-38558-1221 saylı məktubla şikayətin təmin edilmədiyini bildirirərək qanunun tələbini növbəti dəfə pozmuş oldular, belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən aparılan inzibati icraata dair bütün növ aktlar qərardad və ya qərar formasında qəbul edilməli olmasına baxmayaraq hazırki iş üzrə vəzifəli (səlahiyyətli) şəxs yalnız bir məktubla məsələnin həllinə kifayətlənmiş, beləliklə də barəsində inzibati xətalara dair icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan hüquqlarından istifadə etməsinə maneələr törətmişdir. Göründüyü kimi İXM-nın 211.1-ci maddəsində nəzərdə tutulan 4000 (dörd min) manat cərimə məbləği yalnız vəzifəli şəxslər tərəfindən törədildikdə onlara münasibətdə tətbiq edilə bilər. Şəxs yalnız o halda vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb oluna bilər ki, o, tutduğu vəzifə ilə əlaqədar ona həvalə olunmuş vəzifələri yerinə yetirməsin və ya lazımınca yerinə yetirməsin. Sözügedən vəzifələr vəzifəli şəxsin işlədiyi müəssisənin nizamnaməsi, əsasnaməsi, qaydaları və.s müəyyən edilə bilər ki, hazırki iş üzrə barəsində icraat aparılan N.Quliyev tərəfindən belə hallara yol verilməmişdir, habelə qeyd edilməsi zəruridir ki, hansısa yas mərasimində qonaq kimi iştirak edilməsi şəxsin öz vəzifələrinin yerinə yetirilməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqələndirilə bilməz. Nəzərə çatdırılması zəruridir ki, hazırki iş üzrə onun əməlində vəzifəli şəxslərə münasibətdə törədilmiş hər hansı inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Barəsində şikayət olunan 19.11.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar Xətai rayon Polis İdarəsinin rəsmi elektron poçt ünvanı vasitəsi ilə (mailto:xetairpi@bakupolice.gov.azElektron ünvan 1) ona məxsus elektron poçt ünvanına (Elektron ünvan 2) 08.12.2021-ci il tarixdə göndərilmişdir. Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 19.11.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş 19.11.2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Yasamal Rayon Məhkəməsinə şikayət ünvanlanmış, ünvan 4 ünvanladığı şikayəti və əlavə olunmuş sənədləri aidiyyat qaydalarının pozulmasını əsas gətirərək geri qaytarmışdır. Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi tərəfindən barəsində tərtib edilmiş qeyd olunan inzibati tənbeh vermə haqqında qərar Xətai rayon Polis İdarəsinin rəsmi elektron poçt ünvanı vasitəsi ilə (Elektron ünvan 1) barəsində ona məxsus elektron poçt ünvanına (Elektron ünvan 2) 08.12.2021-ci il tarixdə göndərilmiş və həmin qərardan şikayət İXM-da nəzərdə tutulan prosessual müddətlər daxilində 13.12.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayətin Yasamal Rayon Məhkməsinə verilməsinin səbəbi onun faktiki olaraq həmin ərazidə yaşamasıdır ki, bu fakt iş materiallarında olan arayışla, habelə Yasamal Rayon Məhkəməsinin 17.12.2021ci il tarixli 3(004)-3431/2021 saylı qərardadını həmin ünvana göndərməsi və həmin ünvandan onun həmin sənədləri qəbul etməsi ilə təsdiq edilir, lakin Yasamal Rayon Məhkəməsi işə baxaraq sənədləri geri qaytararkən həmin sənədlər rəsmi poçt vasitəsi ilə 28.12.2021-ci il tarixdə yaşadığı Yasamal rayonu, H.ünvan 6 ünvanına çatdırılmış və bununla da həmin qərardan yenidən şikayət vermək üçün nəzərdə tutulan prosessual müddət ötmüşdür, lakin məhkəmənin qərardadı daha əvvəlki tarixdə (şikayət üçün nəzərdə tutulan müddət çərcivəsində) daxil olsaydı həmin müddət daxilində şikayət verməsi mümkün olardı. Göründüyü kimi Yasamal Rayon Məhkəməsi işi aidiyyatı üzrə məhkəməyə göndərməsi əvəzinə sənədləri geri qaytarması nəticəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün nəzərdə tutulan müddət ötürülmüşdür və qanunla nəzərdə tutulan müddət daxilində şikayət verməyi mümkün olmamışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş 19.11.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük müddətin buraxılması səbəbinin üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X5 şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai RPİ 34-cü Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xətai RPİ 34-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə X4 qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətini nəzərdən keçirib hesab edir ki, müddət üzrlü səbəbdən buraxıldığından bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X9 iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 19.11.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat cərimə edilmişdir. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən X9 iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan X9 protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materialında olan Xətai RPİ 34-cü Polis Bölməsinin rəisi Məhşur Hüseynov tərəfindən qəbul edilmiş 19.11.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, işə baxılarkən müəyyən edilmiş hallar, xətanın mahiyyəti və əməlin nədən ibarət olması, törədildiyi yer və vaxt qərarda göstərilməmişdir. X2 fiziki şəxs kimi göstərilsə də, vəzifəli şəxs kimi cərimələnmişdir. Şəxsin vəzifəli şəxs statusunda olmasını təsdiq edən sənədə protokolda və qərarda istinad edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən X9 iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X9 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X9 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 barəsində heç bir araşdırma aparılmadan, heç bir sübuta istinad edilmədən vəzifəli şəxs kimi inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi ilə bağlı inzibati xəta törətmədiyi halda, sadəcə yas mərasimində iştirak etdiyinə görə əsassız olaraq barəsində 4000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 115.1.8-ci maddəsinə əsasən qərardan şikayət verilməsi müddəti və qaydası qərarda göstərilməlidir. Xətai RPİ 34-cü Polis Bölməsinin rəisi Məhşur Hüseynov tərəfindən qəbul edilmiş 21.11.2021-ci il tarixli qərardan məlum olur ki, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X9 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X9 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması X9 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 19.11.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X9 iş yenidən baxılması üçün Xətai RPİ 34-cü Polis Bölməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 şikayəti qismən təmin edilsin. Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 19.11.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X9 iş yenidən baxılması üçün Xətai RPİ 34-cü Polis Bölməsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar