Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4503/2020 01.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, protokol tərtib edən Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs Hüseynova (Abbasova) Vəfa Cavad qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu X10 Səmədov küçəsi ev 9 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(007)- 3466/2018 saylı icra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişə əlavə edilməklə icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarın ünvanına və məhkəməyə göndərilmişdir. İcra sənədini könüllü icra etmədiyi üçün borclunun ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Borclu Şəxs hazırki tarixə 2700 (iki min yeddi yüz) manat məbləğində aliment borcu yaranmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib edilmiş inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, əmlak vəziyyəti ilə bağlı müvafiq orqanlara sorğular edilmiş borclunun izahatı alınmışdır. Hazırda Şəxs həmin 2700 (iki min yeddi yüz) manat məbləğində aliment borcunu tamamilə ödəmişdir. Məhkəmə iclasında zərarçəkmiş şəxs Hüseynova (Abbasova) Vəfa Cavad qızı izahatında qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(007)-3466/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(007)-5840/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx xxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment onun xeyrinə tutlmalıdır. Borclu Şəxs 2020-ci ilin noyabr ayı daxil olmaqla 2700 (iki min yeddi yüz) manat məbləğində aliment borcu yaranmışdır. Qeyd olunan həmin borc tam olaraq borclu Şəxs tərəfindən ona ödənilmiş, həmin 2700 (iki min yeddi yüz) manat məbləğində aliment borcunu tam olaraq almışdır. Hazırda Şəxs 2020-ci ilin noyabr ayı daxil olmaqla heç bir aliment borcu olmadığını və borcludan şikayətinin olmadığını bildirərək, inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, həqiqətən də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(007)-3466/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(007)-5840/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx xxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment Hüseynova (Abbasova) Vəfa Cavad qızının xeyrinə tutlmalıdır. Onun 2020-ci ilin noyabr ayı daxil olmaqla 2700 (iki min yeddi yüz) manat məbləğində aliment borcu yaranmışdır. Qeyd olunan həmin borc tam olaraq tərəfindən Hüseynova (Abbasova) Vəfa Cavad qızına ödənilmiş, həmin 2700 (iki min yeddi yüz) manat məbləğində aliment borcunu Hüseynova (Abbasova) Vəfa Cavad qızı tam olaraq almışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(007)- 3466/2018 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(007)-5840/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx xxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment Hüseynova (Abbasova) Vəfa Cavad qızının xeyrinə tutlmalıdır; icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(007)-3466/2018 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; zərərçəkmiş şəxs Hüseynova (Abbasova) Vəfa Cavad qızının məhkəməyə təqdim etmiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, V.C.Abbasova həmin ərizəsində, borclu Şəxs 2020-ci ilin noyabr ayı daxil olmaqla 2700 (iki min yeddi yüz) manat məbləğində aliment borcunun yarandığını, qeyd olunan həmin borcun tam olaraq borclu Şəxs tərəfindən ona ödənildiyini, həmin 2700 (iki min yeddi yüz) manat məbləğində aliment borcunu tam olaraq aldığını, hazırda Şəxs 2020-ci ilin noyabr ayı daxil olmaqla heç bir aliment borcu olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(007)-3466/2018 saylı icra vərəqəsinə əsasən Şəxs tərəfindən 2020-ci ilin noyabr ayınadək yaranmış 2700 (iki min yeddi yüz) manat məbləğində aliment borcu tam olaraq Hüseynova (Abbasova) Vəfa Cavad qızına ödənilmiş, həmin 2700 (iki min yeddi yüz) manat məbləğində aliment borcunu Hüseynova (Abbasova) Vəfa Cavad qızı tam olaraq almışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-4503/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4503/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver