Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4505/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 iştirakı ilə, Bakı Şəhər X6 İdarəsinin 30 iyun 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş X6 İdarəsinin 30 iyun 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində ***-***-**-** nömrəsindən ona zəng edərək özünü Fuad adlı polis mayoru kimi təqdim edən şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə **-BH-*** nömrəli avtomobil ilə yol hərəkəti qaydasını pozmusunuz. Daha sonra isə maşını saxladığı yerin şəkilini ona whatsapp vasitəsilə göndərmişdir. Həmin şəxslə yenidən əlaqə saxlayıb özünə də izah etdi ki, "mən avtomobili həmin yerdə saxlamaqla hər hansı qayda pozmamışam, həmin yerdə dayanma və durma qaydasının qadağan olunması ilə bağlı hər hansı qadağa yoxdur". Lakin sonradan elektron informasiya sisteminə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi əsasında İXP ******* saylı protokolun əlavə olunması ilə bağlı ona SMS bildiriş gəlmişdir. Elə həmin gün Asan pay elektron sistemi, e-polis mobil tətbiqi vasitəsilə və Elektron ünvan mail ünvanına şikayət yazıb göndərmişdir. Hətta 3 gün sonra Elektron ünvan mail ünvanından onun mail ünvanına cavab yazılaraq bildirilmişdir ki, "müraciətinizin qeydə alınması üçün şəxsi məlumatlarınızı tam qeyd etməyinizi xahiş olunur". Məlumatları qeyd edib göndərmişdir. Lakin sonradan müraciətinə heç bir cavab verilməmişdir. Bu səbəbdən yenidən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinə barəsində əsassız və qanunsuz şəkildə tərtib olunan İXP ******* saylı protokol üzrə inzibati cərimənin silinməsi və yekun inzibati qərarın ona təqdim olunması üçün yenidən müraciət etmişdir. Daxili İşlər Nazirliyi və Baş X6 İdarəsi tərəfindən onun müraciətlərinə heç bir cavab verilməmişdir. Sonradan şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin tələbi pozulduğuna görə tərtib olunan İXP ******* saylı protokol əsasında qəbul edilən xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3487/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, onun tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Həmin qərar icra olunması üçün Baş X6 İdarəsinə göndərilmiş, sonuncu tərəfindən isə icra olunması üçün Bakı şəhər X6 İdarəsinə göndərilmişdir. Uzun sürən müraciətlərindən sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3487/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının icra olunmasını tələb etdikdə Bakı şəhər X6 İdarəsinin polis kapitanı X1 tərəfindən baxılmış və AR İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin tələbi pozulduğuna görə xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qəbul olunmuşdur. Bildirir ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi **-BH-*** dövlət qeydiyyt nişanlı Toyota Corolla markalı avtomobili işlədiyi müəssisənin qarşısında saxlamışdır. Həmin yerdə nəqliyyat vasitəsinin dayanma və durmasını qadağan edən hər hansı bir nişan yoxdur və işlədiyi müəssisənin bütün avtomobil idarə edən əməkdaşları və digər sürücülər həmin yerdə avtomobili parklanma edirlər. Həmin yer yolun hərəkət hissəsindən kənarda olduğuna görə digər nəqliyyat vasitələrinə də heç bir maneə yaratmır. Yəni avtomobilin park olunduğu hissə yolun hərəkət hissəsinin kəsişməsi və ya kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda olan ərazi hesab oluna bilməz. Belə ki, xx.xx.2025-ci il tarixdə və ondan sonrakı günlərdə də həmin yerdə nəqliyyat vasitələri parklanma edilib və heç bir nəqliyyat vasitəsinə inzibati cərimə yazılmamışdır. Hesab edir ki, həmin yerdə avtomobilin park edilməsi qanunvericiliyin tələblərini pozsa belə polis əməkdaşı onun barəsində cərimə tətbiq olunması ilə bağlı qəbul olunmuş qərar qanunsuzdur. Nəzərə alsaq ki, yol hərəkəti əleyhinə qayda xx.xx.2025-ci il tarixdə pozulmuş və həmin qayda pozuntusu barədə məlumatlar 21 gün sonra xx.xx.2025-ci il tarixdə müvafiq informasiya siteminə daxil edilmişdir, elə bu səbəbdən də həmin inzibati qərarı qanunsuzdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3487/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, "inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 25 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır". Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin 04 mart 2025-ci il tarixdə baş verməsinə baxmayaraq, şəxsin barəsində inzibati tənbeh vermə haqqında protokol və qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və hadisədən xeyli müddət keçdikdən sonra onun şəxsi kabinetinə yerləşdirilmişdir. Qərarın hadisənin törədilməsi vaxtından xeyli müddət keçdikdən sonra qəbul edilməsi məhkəmədə haqlı suallar yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş 25 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.5-ci amaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Odur ki, Bakı Şəhər X6 İdarəsinin 30 iyun 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı Şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X6 İdarəsinin 30 iyun 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 25 mart 2025-ci il tarixdə, saat 11:11-də ünvan 1 ünvanının qarşısında “Toyota Corolla” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Xətai rayon məhkəməsinin 3(011)-3487/2025 saylı, 19 may 2025-ci il tarixli qərarın surətindən görünür ki, X3 şikayəti qismən təmin edilmiş, Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 25 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 124.5-ci maddəsinə əsasən, isə Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli, 181 nömrəli fərmanından görünür ki, Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş X6 İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhər X6 İdarəsinin 30 iyun 2025-ci il tarixli, TP ******* saylı protokol əsasında verilmiş İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhər X6 İdarəsinin 30 iyun 2025-ci il tarixli, TP ******* saylı protokol əsasında verilmiş İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4505/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4505/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver