Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4512/2023 15.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Bank "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakı ilə Şikayətçi Bank "xxxx" ASC-nin idarə heyəti sədrinin birinci müavini X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 02 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə 1500 manat məbləğində cərimə təyin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 02 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X2 "xxxx" ASC-də işlədiyi müddətdə istifadə etmədiyi əmək məzuniyyət günlərinə görə müəyyən edilmiş qaydada hesablanmış kompensasiya ödənilməmişdir. Bununla da AR İXM-də nəzərdə tutulmuş 192.5-ci maddəsinin tələblərini pozduğuna görə AR İXM-nin 114 və 115-ci maddələri rəhbər tutaraq yuxarıda qeyd olunan qərarı qəbul elmişdir. Həmin qərar "xxxx" ASC-yə poçt vasitəsilə rəsmi qaydada 09 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. Hesab edir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-tarixli MN ******* saylı qərarı qanunsuzdur və edilməlidir. qərar qəbul edən orqanını gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış, qəbul edilən qərar üzrə iş üçün əhərnixyətli olan hallar sübıta yetirilməmiş və qərar qəbul edilən zaman qanıınvcrciliyin normalarına riayət edilməmişdir. Mübahisənin obyektiv və tam araşdırma tələb edən halları nəzərdən keçirilməməsi. Belə olan halda AR İXM-nin 135-ci maddəsində nəzərdə tutulan əsasların mövcudluğu qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsasdır. AR İXM-nin 192.5-ci maddəsində göstərilən inzibati xətanı törətməsi bildirilərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsinə dair qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında Bank "xxxx" ASC-nin nümayəndəsi X10 şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan X9 Xidməti Bakı şəhər idarəsinin 02 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X2 "xxxx" ASC-də işlədiyi müddətdə istifadə etmədiyi əmək məzuniyyət günlərinə görə müəyyən edilmiş qaydada hesablanmış kompensasiya ödənilməmiş və X4 İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə təyin edilmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, şikayətçinin şikayətində göstərdiyi xüsusatı, yəni mübahisənin obyektiv və tam araşdırma tələb edən halları nəzərdən keçirilməməsi onun özünü müdafiəsi və məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Belə ki, X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə qanunamüvafiq qaydada araşdırma aparılmış və qanuni və əsaslı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X9 Xidməti Bakı şəhər idarəsinin 02 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1nun şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 02 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4512/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4512/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver