Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4520/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin Yol Nəqliyyat Hadiəsləri şöbəsinin polis kapitanı İlkin Cəbrayılovun iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar o səbəbdən qəbul olunmuşdur ki, polis kapitani İlkin Cəbrayılovun onunla ədavəti olduğu üçün **-YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin maşınını sürən polis əməkdaşı ilə birlikdə onun təqsirləndirirlər. Qərardan şikayət vermiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin Yol Nəqliyyat Hadiəsləri şöbəsinin polis kapitanı İlkin Cəbrayılov şikayətçinin ərizəsi ilə razılaşmayaraq göstərdi ki, X2 25 avqust 2022-ci il tarixdə idarə etdiyi “Toyota” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində hərəkətdə olarkən yol nəqliyyat hadiəsi törətmişdir. Videogörüntüdən də müəyyən olunur ki, “Toyota” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəli manevr edərək hərəkətin digər iştirakçısına zərər yetirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbinə zidd olaraq manevr etmə qaydasını pozmuşdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də, X1 Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermək haqqında qərara əsasən X2 25 avqust 2022-ci il tarixdə idarə etdiyi “Toyota” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində idarə edərkən sürücüsü təhlükəli manevr etmiş, bununla da o, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur; Videogörüntüyə əsasən “Toyota” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində orta və sağ zolaq üçün işıqforun qırmızı işığı yanmasına baxmayaraq, sağ zolaqdan sola geriyə manevr etmə qaydasını pozaraq, sol zolaq üçün işıqforun yaşıl işığı yandığı üçün hərəkətdə olan PPX-nə məxsus avtomobil ilə toqquşaraq qəza törədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır; 42-ci maddəsinin İİ hissəsinə əsasən dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir; Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini barədə X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4520/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4520/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver