Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4527/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhəri Xəzər RPİnin 2-ci Polis Şöbəsinin 10 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı X12 iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 10 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə X2 ona olan 6000 manat borcunu və ondan müvəqqəti olaraq istifadə etmək üçün aldığı mobil telefonu tələb etdikdə aralarında mübahisə baş vermiş, Yasanov Əli onu sinəsindən itələyərək yerə yıxmış, o, yerdə olan vəziyyətdə onu təpiklə vurmuş və əlbəyaxa olduqda o da ona müqavimət göstərmişdir. Bu qarışıqlıqda o da xəsarət almışdır. Lakin, xəsarətləri barədə tibbi ekspertizadan keçməmişdir. X7 guya onun onu döyməyi barədə Bakı şəhəri Xəzər RPİnin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər RPİnin 2-ci Polis Şöbəsinin baş leytenantı R.Ələskərov onu 2-ci Polis Şöbəsinə gəlməyini tələb etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 14:45-də Bakı şəhəri Xəzər RPİnin 2-ci Polis Şöbəsinə gəlmişdir. Heç bir protokol tərtib edilmədən üzərində axtarış aparılmış və baş leytenant R.Ələskərovun əmri ilə onu müvəqqəti saxlama kamerasına salmışlar. Kamerada 40 dəqiqəyə yaxın saxladıqdan sonra, zərərçəkmiş Əli Yasanovun şikayət ərizəsi və ekspertin rəyi ona təqdim olunmadan, Xəzər RPİnin 2-ci Polis Şöbəsinin baş leytenantı R.Ələskərovun təzyiqi ilə onun izahatı alınmış və izahatı alındıqdan sonra, onu təxminən saat 21:00-a qədər Polis Şöbəsində saxlamışlar. Xəzər RPİnin 2-ci Polis Şöbəsinin baş leytenantı R.Ələskərovdan barəsində qəbul edilmiş hər hansı bir qərarın və ya protokolun ona təqdim olunmasını xahiş etmişdir. Xəzər RPİnin 2-ci Polis Şöbəsinin baş leytenantı R.Ələskərov barəsində «cinayət işinin başlanması haqqında» Qərar qəbul etdiyini və həmin qərarı Xəzər RPİnin İŞ-nə göndərəcəyini bildirmişdir. Bir daha qeyd edir ki, ona cinayət isinin başlanması və ya rədd edilməsi haqqında qərar təqdim edilməmiş, lakin Xəzər RPİnin 2-ci Polis Şöbəsinin baş leytenantı R.Ələskərov barəsində X12 MN seriyalı ******* №li prokol tərtib etmişdir ki, həmin protokolun İİ nüsxəsi ona verilməmişdir və o, bu hüquqdan istifadə edərək, MN ******* №li protokolun ona təqdim edilməsi barədə Xəzər RPİnin 2-ci Polis Şöbəsinin rəisinə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixdə həmin protokol ona verilmişdir. MN ******* № li protokolda onu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə və həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati xəta törətməkdə təqsirli bilir. Göstərilənləri nəzərə alaraq, o, barəsində qəbul edilmiş 10 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan xəbəri olmadığını və qərarın surətini gec aldığına görə qanunvericilikdə nəzərdə tutulmuş qərardan şikayət vermə müddətini buraxdığını bildirərək, buraxılmış müddəti bərpa edərək işinə mahiyyəti üzrə baxılmasını və barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, ona qarşı fiziki zorakılıq hərəkətləri edilsə də, o, ona sadəcə olaraq özünü müdafiə etmək üçün müqavimət göstərmişdir, lakin tərəfindən sonuncuya heç bir xəsarət yetirilməmişdir. Həmçinin, barəsində inzibati icraatın başlanması barədə ona heç bir məlumat verilməmiş, izahatı alınmamış, barəsində tərtib olunmuş X12 protokol və inzibati tənbeh vermə haqqında qərar ünvanına göndərilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xəzər RPİnin 2-ci Polis Şöbəsinin rəisi polis leytenantı M.Bağırov tərəfindən tərtib olunmuş 10 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə X4 döyməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində X12 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X12 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2022-ci il tarixdə X4 döyməsi göstərilmiş və ona Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında şikayətçi X6 izahat verərək bildirmişdir ki, ona qarşı fiziki zorakılıq hərəkətləri edilsə də, o, ona sadəcə olaraq özünü müdafiə etmək üçün müqavimət göstərmişdir, lakin tərəfindən sonuncuya heç bir xəsarət yetirilməmişdir. Həmçinin, barəsində inzibati icraatın başlanması barədə ona heç bir məlumat verilməmiş, izahatı alınmamış, barəsində tərtib olunmuş X12 protokol və inzibati tənbeh vermə haqqında qərar ünvanına göndərilməmişdir. Lakin, Bakı şəhəri Xəzər RPİnin 2-ci Polis Şöbəsi tərəfindən şikayətçinin ərizəsində göstərilən xüsusatlar araşdırılmadan X3 barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 10 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X5 barəsində inzibati icraatın başlanması barədə heç bir məlumat verilmədən, izahatı alınmadan, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 10 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və X12 qanunvericiliyin tələbləri X12 işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən X12 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X12 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X12 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və X12 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər RPİnin 2-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş 10 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər RPİnin 2-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş 10 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4527/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4527/2022
21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver