Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4533/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X7 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən “Nur” aptekdə xx.xx.2022-ci il tarixində dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətdən fərqli (ucuz) qiymətə satılması faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X8 izahat verərək bildirmişdir ki, dərman vasitəsini ucuz qiymətə satmalarının səbəbi müştərinin pulsuz dərman istəməsi və dərmanlara pulu çatmadığından endirim istəməsi olmuşdur. Beləliklə o, barələrində tərtib olunmuş protokola etiraz edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, vətəndaş X1 və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək X18 küçəsində yerləşən aptekdən şikayətçi olduğunu, əczaçıların müştərilərlə kobud rəftar etdiklərini və qəbzdə göstərilən qiymətlərlə dərman vasitələrinin qiymətinin uyğun gəlməməsini bildirmiş, bu səbəbdən tərəflərindən müvafiq araşdırmalar aparıldıqdan sonra Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXMnin 221.3-cü maddəsinin tələbləri pozulduğundan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, o, göstərilənləri nəzərə alaraq hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Bakı şöbəsinin baş məsləhətçisi X6 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən “Nur” aptekdə xx.xx.2022-ci il tarixində dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətdən fərqli (ucuz) qiymətə satılması faktı aşkar edilmişdir. X2 elektron poçt vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı müraciətində qeyd etmişdir ki, X18 küçəsində yerləşən depo aptekdən şikayəti vardır. Əczaçılar çox kobud rəftar edir və müştəri seçimi edir, istədikləri zaman endirim edir, istəmədikləri zaman etmirlər, dərmanın qiyməti ilə qəbzdə göstərilən qiymət uyğun gəlmir, narazılıq edən zaman isə proqramın göstərdiyi qiymət budur kimə istəyirsiz şikayət edin deyirlər. Odur ki, bu aptek barədə ölçü görülməsini xahiş edir. Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən aptek tərəfindən verilmiş ödəniş qəbzlərindən görünür ki, 1 ədədinin qiyməti 4.44 manat olmaqla 1 ədəd Azitromisin 500 mq N3 4.44 manata, 1 ədədinin qiyməti 6.55 manat olmaqla 2 ədəd Reamberin 400 ml 13.10 manata, 1 ədədinin qiyməti 0.75 qəpik olmaqla 1 ədəd Solodki 100 ml sirop 0.75 qəpiyə, 1 ədədinin qiyməti 0.38 qəpik olmaqla 2 ədəd Sistem S Filt ALM Bela Rus tipli 0.75 qəpiyə, 1 ədədinin qiyməti 4.33 manat olmaqla 2 ədəd Devit 3 15 ml 8.65 manata, 1 ədədinin qiyməti 0.28 qəpiyə olmaqla Kateter Vazofiks N22 Siniy 0.28 qəpiyə, 1 ədədinin qiyməti 14.85 manat olmaqla 3 ədəd Kleksan 0.4 ml N2 orginal 44.56 manata, 1 ədədinin qiyməti 2.61 manat olmaqla Qliserin 2.11 qr N10 SVEC 2.61 manata, 1 ədəd İnsulin Levemir N5 16.80 manata (42 manat), 1 ədədi İnsulin Novorapid N5 17.20 manata (43 manat) satılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış 31 oktyabr 2022ci il tarixli məktubdan görünür ki, hüquqi şəxsə ünvan 3 ünvanında yerləşən inzibati binada xx.xx.2022-ci il tarixdə saat 10:00-12:00-dək barələrində protokolun tərtib olunmasında səlahiyyətli nümayəndələrinin iştirakının təmin edilməsi xahiş olunmuşdur. Dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş cədvəldə dərman vasitələrinin pərakəndə satış qiymətləri aşağıdakı kimi qeyd olunmuşdur: 1 ədəd Azitromisin 500 mq N3 4.72 manat, 1 ədəd Reamberin 400 ml 6.97 manat, Kleksan 0.4 ml 14.26 manat, 1 ədəd Qliserin 2110 mq 2.78 manat, 1 ədəd İnsulin Levemir N5 96.91 manat, 01 ədəd İnsulin Novorapid N5 80.74 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 221.3-cü maddəsinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” 22 dekabr 2006-cı il tarixli 208 nömrəli Qanununun: 4.5-ci madəsinə əsasən dərman vasitələrinin ekspertiza xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası) tərəfindən tənzimlənir; 4.7-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ödəniş qəbzləri və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC-yə məxsus məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən “Nur” aptekdə xx.xx.2022-ci il tarixində dərman vasitələri Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətdən fərqli qiymətə satılmış və bununlada Azərbaycan Respublikası İXM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə dərman vasitələri haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4533/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4533/2022
25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver