Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4534/2021 13.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi ilə X1 Xətai RPİ 37-ci Polis Bölməsinin 14 sentyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli, Nəsimi RPİ 21-ci Polis Bölməsinin 20 sentyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 37-ci Polis Bölməsinin 14 sentyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli, Nəsimi RPİ 21-ci Polis Bölməsinin 20 sentyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə hesab edir ki, X3 ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarların ləğvinə dair bir ərizə ilə müraciət etdiyindən və bir neçə inzibati tənbeh vermə haqqında qərarın ləğvinə bir ərizə ilə baxılması mümkün olmadığından verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə belə hesab edir ki, X1 Xətai RPİ 37-ci Polis Bölməsinin 14 sentyabr 2021ci il tarixli EPQ seriyalı ******* nömrəli, Nəsimi RPİ 21-ci Polis Bölməsinin 20 sentyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 Xətai RPİ 37-ci Polis Bölməsinin 14 sentyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli, Nəsimi RPİ 21-ci Polis Bölməsinin 20 sentyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. X2 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4534/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4534/2021
13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver