Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4538/2022 12.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının nümayəndələri X5 və X3, Şəxs MMC-nin nümayəndəsi X7 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 374.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən Xətai rayonu, 8 Noyabr prospekti 113 ünvanında yerləşən Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə sorğuçu Nümayəndə sorğusuna natamam və qeyri-dəqiq məlumat verilməklə yanlış informasiya verilməsi faktı müəyyən edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparat rəhbərinin müavini X10 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 noyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının nümayəndəsi X8 izahatında bildirmişdir ki, Xətai rayonu, 8 Noyabr prospekti 113 ünvanında yerləşən Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə sorğuçu Nümayəndə sorğusuna natamam və qeyri-dəqiq məlumat verilməklə yanlış informasiya verilmişdir. Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. Şəxs MMC barəsində qanunamüvafiq tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X11 protokola etiraz edərək bildirmişdir ki, Pərvanə xanım Məmmədova Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli, 1252 nömrəli sorğu ünvanlayaraq “***-***-**-**” mobil nömrəsinin X2 məxsus olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Tərəflərindən sorğuya “İnformasiya əldə etmək haqqında” Qanunun 34.4 və 39.4-cü maddələrinə istinad edilərək xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, fərdi məlumatların əldə edilməsi üçün müvafiq dövlət qurumlarına müraciət edilsin. Daha sonra Nümayəndə Şəxs MMC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli, 1259 nömrəli şikayət ünvanlayaraq, cavabı qeyri-qanuni hesab etmiş, sorğuya qanunvericiliyə uyğun və adekvat cavab verilməsini xahiş etmişdir. Şəxs MMC tərəfindən Pərvanə xanım Məmmədovaya xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanaraq bildirilmişdir ki, “***-***-**-**” mobil nömrəsi X2 məxsus olmadığından məlumatın verilməsi istisna edilir. Şəxs MMC tərəfindən rəsmi cavablar verildiyi halda bildiriş və protokolda sadəcə bir cavab məktubuna istinad edilmişdir (xx.xx.2022-ci il tarixli cavab məktubu). Bu isə Şəxs MMC tərəfindən hər hansısa bir hüquq pozuntusunun törədilmədiyini, protokolun sadəcə olaraq qarşı tərəfin qərəzli hərəkətlərinin nəticəsində tərtib edildiyini deməyə əsas verir. Digər tərəfdən “AR İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanununun 1.3-cü maddəsində qeyd edilmişdir ki, müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir. Şəxs MMC kommersiya hüquqi şəxsdir. Belə olduğu təqdirdə sual meydana çıxır, müvəkkil Şəxs MMC-nin vəzifəli şəxsini nəzərdə tutaraq bildiriş və protokol tərtib etmişdir? Əgər vəzifəli şəxsi nəzərdə tutursa, bildiriş niyə Şəxs MMC-yə ünvanlanıb və protokol niyə Şəxs MMC barəsində tərtib edilib?! İXM-nin 374.1-ci maddəsindən bir daha aydın olur ki, protokol vəzifəli şəxsin adına tərtib edilməli olduğu halda Şəxs MMC-nin adına tərtib edilmişdir. Belə olduğu təqdirdə barələrində tərtib edilmiş protokolun qanuniliyindən söhbət gedə bilməz. AR İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) bildirişdə “İnformasiya əldə etmək haqqında” Qanunun 10 və 10.4.8-ci maddəsinə istinad verərək tərəflərindən natamam və qeyri-dəqiq informasiya verildiyini bildirir. Halbuki bildirişdə informasiyanın natamam və ya qeyri-dəqiq olmasına dair hər hansı bir əsaslandırma, dəlil yoxdur. Belə olduğu təqdirdə AR İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) hansı mötəbər dəlilə əsasən bu qənaətə gəlmişdir?! Fərdi məlumatlar haqqında qanunvericiliyə görə nömrənin məxsusluğu barədə məlumat açıq kateqriyalı fərdi məlumat deyildir və tərəflərindən sorğuçuya yanlış məlumat verilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsinə görə cərimə məhz açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə tətbiq edilə bilərdi. Protokoldan isə İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən Şəxs MMC-nin açıq informasiyanın əldə edilməsi hüquququnun məhdudlaşdırılmasında və ya sorğuçuya bilərəkdən yanlış informasiya verməsində təqsirinin hansı qaydada müəyyən edilməsi anlaşılmır. İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının Şəxs MMC-nin barəsində 03 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolu əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan vəkil orderinin surətindən görünür ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə X1 arasında hüquqi yardım göstərilməsi üçün 1465 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Vəkil Nümayəndə Şəxs MMC-ə ünvanladığı xx.xx.2022-ci il tarixli sorğudan görünür ki, X4 hüquqlarının müdafiəsini ona həvalə etməsini bildirmiş, onun barəsində Abşeron Rayon Məhkəməsinin icraatında olan cinayət işi ilə əlaqədar 055 *** ** ** mobil nömrəsinin ona məxsus olub-olmaması barədə məlumat verilməsini xahiş etmiş və vəkil orderinin surətini sorğuya əlavə etmişdir. Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Nümayəndə "xxxx" MMC-yə xx.xx.2022-d ildə daxil olmuş 1252 saylı, xx.xx.2022-cİ il tarixli sorğusu ilə əlaqədar "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunun 34.4 və 39.4-cü maddələrini rəhbər tutaraq fərdi məlumatların əldə edilməsi üçün müvafiq dövlət qurumlarına müraciət etməyi bildirilmişdir. Nümayəndə xx.xx.2022-ci il tarixli müraciətindən görünür ki, İnsan Hüquqları Üzrə Müvəkkilinə Şəxs MMC tərəfindən müraciət etmək və məlumat almaq (kostitusion) hüquqlarının pozulması ilə əlaqədar müraciət etmişdir. Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qeyd olunan nömrə X1 adına qeydə alınmadığından məlumat verilməmiş, bildirilmişdir ki, abunəçilər və etibarnamə əsasında etibar edilən şəxslər həmin nömrəyə dair məlumatları Şəxs MMC-nin hər hansı müştəri xidmətinə yaxınlaşaraq əldə edə bilər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən informasiya sahibi: 10.4.1. informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; 10.4.2. sənədlərin reyestrini aparmalıdır; 10.4.3. ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir; 10.4.4. açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır; 10.4.5. sorğuçuya kömək göstərməlidir; 10.4.6. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir; 10.4.7. əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır; 10.4.8. həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsinə əsasən İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən X1 müdafiəçisi Nümayəndə xx.xx.2022-ci il tarixli sorğusuna əsasən mobil nömrənin müdafiə etdiyi şəxsə məxsus olub-olmaması barədə xx.xx.2022-ci il tarixli məktubla məlumat verilməmiş, yalnız müdafiəçinin şikayətindən sonra xx.xx.2022-ci tarixdə mobil nömrənin X1 adına qeydə alınmadığı bildirilmişdir. Buna görə də Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Məhkəmə, iş materiallarını, tərəflərin izahatını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs MMC-nin barəsində, qeyd edilən maddənin sanksiyasında aşağı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4538/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4538/2022
12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver