Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-454/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, Vəzifəli şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 14 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs MTK-nın rəhbəri X5 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-974/2024 saylı və e-16(011)-1019/2024 saylı icra sənədlərində qeyd olunan tələbin icrasından yayındığından və icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmişdir. Bundan sonra, dəfələrlə borclu X2 qətnamələrin icrası tələb olunmuşdur. Borclu, X5 Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarların icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə o, göstərilənlərə əsasən borclu şəxs X3 İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-974/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs tərəfindən ünvan 1 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Şəxs üzvlərinin ümumi yığıncağının qərarının surətinin, maliyyə arayışının və binanın layihəsindən mənzilə dair hissədə plan-sxeminin (çıxarışı) cavabdeh Şəxs Tikinti Kooperativi tərəfindən iddiaçı X7 təhvil verilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-974/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmiş və bildiriş imza edilməklə borclu tərəfindən qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci blokun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 158,4 kv.m olan, 3 otaqlı, 32 saylı mənzilə dair girov, icarə və hər növ notariat hərəkətlərinin aparılmasının, MTK daxili payın digər şəxslərə ötürülməsinin və bununla əlaqədar hər hansı əqdin bağlanmasının Şəxs MTK və digər şəxslərə qadağan edilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmiş və bildiriş imza edilməklə borclu tərəfindən qəbul edilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, borclu Şəxs MTK-dan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-974/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı, daha sonra isə Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunacağı və digər məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; borclunun axtarışı haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs rəhbəri X3 barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-974/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs tərəfindən ünvan 1 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Şəxs üzvlərinin ümumi yığıncağının qərarının surətinin, maliyyə arayışının və binanın layihəsindən mənzilə dair hissədə plan-sxeminin (çıxarışı) cavabdeh Şəxs Tikinti Kooperativi tərəfindən iddiaçı X7 təhvil verilməsi, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci blokun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 158,4 kv.m olan, 3 otaqlı, 32 saylı mənzilə dair girov, icarə və hər növ notariat hərəkətlərinin aparılmasının, MTK daxili payın digər şəxslərə ötürülməsinin və bununla əlaqədar hər hansı əqdin bağlanmasının Şəxs MTK və digər şəxslərə qadağan edilməsi qət edilsə də, sözügedən tələblər hazırki vaxtadək icra edilməmişdir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədi üzrə olan tələb təmin edilmədiyindən rəhbərinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs MTK-nin rəhbəri X3 rəhbərlik etdiyi MMCnin bu günədək tələbi təmin etməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, X5 vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs MTK-nin rəhbəri X3 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə icra məmurunun izahatını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-974/2024 saylı və e-16(011)-1019/2024 saylı icra vərəqələrini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri, inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs MTK-nin rəhbəri X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK-nin rəhbəri X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-454/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-454/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver