Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4541/2022 16.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli elektron qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün verilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli elektron qərardan görünür ki, X1 xx.xx.2021-ci il tarixdə saat 18:00-da Qara Qarayev prospekti 26 ünvanında “Daewoo BS090 Avtobus” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırma inzibati xətasını törətməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.3-cü maddəsi ilə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verildiyini və ehtimal olunan inzibati xətanın Nizami rayonu, Qara Qarayev prospekti 26 ünvanında baş verdiyini, barəsində qərar çıxarılmış şəxs tərəfindən şikayətə qeydiyyatda olduğu yerin məhkəməsində baxılmasına dair vəsatət daxil olmamasını nəzərə alaraq hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4541/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4541/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver