Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4553/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə Şikayətçi "xxxx" QSC-nin X15 Donanmasının rəisi X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 23 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 manat məbləğində cərimə təyin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 23 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 10 may 2023-cü il tarixdə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsi tərəfindən X15 Donanmasına məktub ünvanlanmış, X15 Donanmasının əməkdaşı X6 şikayət ərizəsinin daxil olduğu bildirilmiş və A.Abbasova aid sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi xahiş edilmişdir. 06 iyun 2023-cü il tarixdə X15 Donanması tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsinə 13-3-2/2- 844/2023 saylı məktubla X8 aid sənədlərin təsdiq olunmuş surətləri göndərilmişdir. xx.xx.2023-cü il tarixdə sənədlərin Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsinə göndərilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar XDND tərəfindən araşdırma ilə bağlı sənədlərin təqdim edildiyi gündən 4 ay 17 gün sonra verilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri aşkar və birmənalı olaraq pozulduğu müəyyən edilir. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 dekabr 2023-cü il tarixli qərarında qeyd etmişdir: Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən, ilk növbədə, inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici "prosessual qənaət" prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. X9 Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayətin təmin edilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan X6 X11 Xidmətinin elektron poçt ünvanına ünvanladığı şikayətdən görünür ki, işlədiyi "xxxx" QSC-nin X15 Donanması tərəfindən ona təhsil məzuniyyəti və əmək məzuniyyətinin düzgün hesablanmadığını bildirmişdir. İş materiallarında olan X11 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" QSC-nin X15 X2 ilə bağlı sənədlərin təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin X15 Donanmasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X13 ilə bağlı sənədlər X11 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilmişdir. İş materiallarında olan X11 Xidməti Bakı şəhər idarəsinin 09 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X6 təhsil məzuniyyətinə görə ödənilməli olan ödəniş Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri pozularaq düzgün hesablanıb ödənilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan X11 Xidməti Bakı şəhər idarəsinin 23 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, "xxxx" QSC-nin X15 Donanmasının rəisi X4 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 manat məbləğində cərimə təyin edilmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-ci maddəsinin 1-ci bəndinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. 5. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. 6. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta, yəni işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi uzanan inzibati xətalara aiddir. Belə ki, həmin inzibati xəta bir müddət ərzində şəxsin üzərinə qoyulmuş öhdəliyin hərəkətsizlik formasında yerinə yetirilməməsində ifadə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti xətanın aşkara çıxarıldığı gündən hesablanmalıdır. İş materiallarında olan X11 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, inzibati xəta 09 oktyabr 2023cü il tarixdə aşkar edilmiş və protokol tərtib edilmişdir. MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar isə dörd ay keçmədən, yəni 23 oktyabr 2023-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X11 Xidməti Bakı şəhər idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə qanunamüvafiq qaydada araşdırma aparılmış və qanuni və əsaslı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X11 Xidməti Bakı şəhər idarəsinin 23 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1nun şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,
QƏRARA ALDİM:
"xxxx" QSC-nin X15 Donanmasının rəisi X3 şikayəti təmin edilməsin. X11 Xidməti Bakı şəhər idarəsinin 23 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Bəxtiyar Məmmədov