Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4556/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər X10 İdarəsinin 27 may 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı qərarının (protokolun) qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 15 mart 2025-ci il tarixdə təqribən saat 15:30-15:40 aralığında Bakı şəhəri, Neftçilər prospektindən Ağ Şəhər Bulvarı istiqamətində hərəkət edərkən, Hökumət evini keçdikdən sonra, “Marriott Abşeron” oteli keçərkən, arxadan X10 əməkdaşlarının xidməti avtomobillərindən gücləndirici səs vasitəsilə etdikləri “sola çək, saxla” deyə bir neçə müraciətlərindən sonra idarə etdiyi ** TL *** dövlət nömrə nişanlı avtomobili Keykab xanım Safaraliyeva küçəsi ilə Neftçilər prospektinin kəsişən hissəsində solda avtomobillərin hərəkət zolağından kənarda saxlamışdır. Arxadan polis əməkdaşları məcburi şəkildə saxlamağı tələb etdikləri üçün saxladığı hissə həmin yolda avtomobillərin hərəkətinə mane olmayan ən uyğun yer olmuşdur. Bunu xəritədən mübahisəsiz görmək mümkündür. X9 əməkdaşları ona səsgücləndirici vasitəsilə dəfələrlə solda saxlamağa məcbur etdikləri üçün həmin sahənin avtomobil saxlamaq üçün qadağan olub-olmadığını düşünmək imkanı olmamışdır. Halhazırda görüntü təqdim olunmadığından da dəqiq olaraq saxladığı yerin görüntüsünü görmək də mümkün deyildir. Qeyd etdiyi kimi, həmin əməkdaşlar onu məcburi olaraq yolun sol kənarında saxlatmış və yaxınlaşan polis əməkdaşı bildirmişdir ki, arxada “Marriot Abşeron” otel hissəsində qayda pozuntusu edərək xətti tapdalamış, buna görə 80 manat və iki bal cərimə olunmalıdır. O, bu cür pozuntu etmədiyini bildirərək görüntünü təqdim etmələrini xahiş etmişdir. Həmin polis əməkdaşı xidməti avtomobillərinə yaxınlaşaraq digər əməkdaşla birlikdə nə isə telefonlarında etdikdən sonra ona yaxınlaşmış və şəxsi mobil telefonundan ona bir görüntü göstərmişdir. Lakin, həmin görüntüyə baxmaq imkanı vermədən də geri çəkmişdir. O, ona öz avtomobillərindən bu cür çəkilişin qanuni olubolmadığını soruşan kimi də, dərhal əsəbləşərək, “sizə protokol tərtib edəciyik” deyib xidməti avtomobilinə tərəf getmişdir. Bundan sonra o, dərhal avtomobillə həmin yerdən getdiyi istiqamətdə hərəkətə başlamışdır. Üzərindən bir neçə dəqiqə keçəndən sonra (saat 15:46) telefonuna SMS.Radar.az-dan İXM-nin 327.1-ci maddəsi ilə 40 Azn cərimə olunması barədə mesaj gəlmişdir. Daha sonra SMS.Radar mobil tətbiqinə daxil olaraq bunun nə olduğunu öyrənmək istədikdə, məlum olmuşdur ki, Zorge Neftçilər (polis əməkdaşlarının onu saxlamağa məcbur etdikləri yer) kimi qeyd olunan və əlavə olunan xəritədə yer məlumatında saxladığı yeri göstərən yerdə saxladığı üçün onu cərimə ediblər. Həmin məlumatda video görüntü yerləşdirməli olduqları halda bunu etməmiş, sadəcə xəritədə yeri işarələmişlər. Hesab edir ki, görüntülərdə məni DYP əməkdaşlarının saxlatdırdıqları görünəcəyi üçün bu görüntüləri yerləşdirməli olduqları halda bunu etməmişlər. Göründüyü kimi, DYP əməkdaşları onu qanunsuz olaraq saxlamış (əksi olsaydı həmin inzibati xəta ilə cərimə olunardı), qanunsuz və məcburi saxlatdırdıqları ərazidə saxladığı üçün də qanunsuz olaraq cərimə etmiş və bunun ondan asılı olmayan səbəbdən - DYP əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində məcburi olaraq baş verdiyini aşkara çıxartmamaq üçün cərimə barədə bildirişlərdə video görüntü yerinə xəritədə yer görüntüsünü yerləşdirmişlər. İnzibati xəta yeri kimi xəritə üzərində işarələnən yerin avtomobil saxlanılması üçün qadağan olunan yer olub-olmaması barədə məlumatlı deyiləm, sadəcə xəritədən də göründüyü kimi, həmin sahə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmamış və bu cür hərəkət zolağının kənarında əlavə sahə kimi göstərilmişdir. Hesab edir ki, inzibati olaraq cərimələndiyi xəta barəsində hansısa görüntüyə əsasən inzibati protokol tərtib olunmalı idi. Belə bir görüntü var idisə, onu mobil tətbiqdə yerləşdirməli, bu mümkün olmadıqda isə onu dəvət edərək, bu barədə qərar tərtib olunmamışdan əvvəl tanış etməli idilər. Bu səbəbdən barəsində tərtib olunnuş hazırkı mübahisəli protokol və bu barədə qərar qanunsuz və əsassızdır. Bununla bağlı tərəfindən şikayət verilmiş və Xətai Rayon Məhkəməsinin 3(011)-2524/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə şikayəti qismən təmin olunaraq, Bakı şəhər X10 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 28 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Lakin, heç bir araşdırma aparılmadan qərar yenidən təkrarlanmış və yenə də ona göndərilməmişdir. Eyni qaydada inzibati xəta ilə bağlı heç bir görüntü təqdim olunmamışdır. Barəsində mübahisəli protokol və qərar İXM-nin 327.1-ci maddəsinə əsasən tərtib olunmuşdur. Hazırkı mübahisəli aktlardan onun bu maddədə şadlanan konkret olaraq hansı qaydanı pozduğu görünmür və sübut olunmur. Hazırkı işdən göründüyü kimi, onun barəsində çıxarılmış hazırkı inzibati tənbeh vermə haqqında elektron qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətaya görədirsə, o zaman bu görüntü elektron informasiya sisteminə yerləşdirilməli və o, bu sistemə daxil olan zaman xəritədə yeri deyil, məhz bu görüntüləri görməli idi. Lakin, hazırkı işdən mübahisəsiz göründüyü kimi, bu belə olmamışdır. Əlavə olaraq, o, onu sola şəkib saxlamağı tələb edən DYP əməkdaşlarının buna “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin tələblərinə əsasən səlahiyyətləri olduğu üçün, onların tələblərinə uyğun olaraq sola çəkib saxlamışdır. Saxlamaqlarının qanunsuz olduğunu dialoqdan sonra bilmiş və bundan sonra avtomobilini sürüb həmin ərazidən getmişdir. Yəni, o, avtomobil sürücüsü kimi, səlahiyyətli polis əməkdaşının “sola çək saxla deyə tələbinə” əməl etmişdir. Lakin, hazırkı işin hallarından göründüyü kimi, onun mübahisəli qərar və protokolda göstərilmiş inzibati xətanı törətmədiyi mübahisəsiz haldır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər, həmçinin inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən digər sübutlar ona təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X10 İdarəsinin polis kapitanı X5 tərəfindən tərtib olunmuş 27 may 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 15:41-də “BMW 530 Xİ minik” markalı, **-TL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2524/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 şikayəti qismən təmin edilmiş, Bakı şəhər X10 İdarəsi tərəfindən tərtib olunmuş 28 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 15 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 27 may 2025ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2025ci il tarixdə, saat 15:41-də “BMW 530 Xİ minik” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 15 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 27 may 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2524/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X2 şikayəti qismən təmin edilməklə Bakı şəhər X10 İdarəsi tərəfindən tərtib olunmuş 28 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinin və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasının qərara alınmasına baxmayaraq, həmin qərarda qeyd olunan xüsusatlar araşdırılmadan yenidən eyniməzmunlu qərar qəbul edilmişdir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər və digər sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 15 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 27 may 2025ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci amaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər X10 İdarəsi tərəfindən 15 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 27 may 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhər X10 İdarəsi tərəfindən 15 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 27 may 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4556/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4556/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver