Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4558/2025 22.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Şikayətçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 06 mart 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMC-nin direktoru X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə 900 manat məbləğində inzibati cərimə edilməyinə dair 06 mart 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 06 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə hüquqi şəxs "xxxx" MMC-nin icraçı direktoru Abbasov Elman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 900 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi X10 Xidmətinin Bakı şəhəri İdarəsinin şikayətçi barəsində tərtib etdiyi 06 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab edir. Göstərilənləri aşağıdakılarla əsaslandırıram. X5 həqiqətən də, 04 may 2023-cü il tarixindən "xxxx" MMC-də, Baş ofis bölməsində mühasib vəzifəsində işə qəbul edilmiş və 04 noyabr 2025-ci il tarixində 13FZFRM00300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68 "a" maddəsinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. İşlədiyi dövr ərzində ona hesablanmış əmək haqqı və məzuniyyət haqqı ona tam ödənilmişdir. Həmin şəxsə müəssisənin işdən çıxarkən hər hansı bir borcu olmamışdır. Belə ki, o əmək müfəttişliyinə müraciət etdikdən sonra şirkətə dəvət olunmuş və üzləşdirmə aparıldıqdan sonra ona harhansı borc məbləğinin olmadığı müəyyən edilmişdir. Hətta o, bununla bağlı əmək müfəttişliyinə mail üzərindən də məktub ünvanlanmış və inzibati araşdırmanın dayandırılmasını xahiş etsə də Əmək Müfəttişiliyi mənə qarşı qərəzli mövqe tutaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qəbul edilmiş qərar ümumiyyətlə əsaslandırılmamış, şikayətçinin nədə günahlandırıldığı göstərilməmiş, yalnız İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrə yazılmaqla qərar qəbul edilmişdir. Məhkəmə iclasında X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək X6 hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli 06 mart 2025-ci il tarixdə qəbul etdiyi qərarını ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13 şikayətə etiraz edərək onun əsassız olduğunu bildirmiş, bu səbəbdən təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini nəzərdən keçirərək, tərəflərin nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X10 Xidməti Bakı şəhər idarəsinin 06 mart 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əslindən görünür ki, vətəndaş X2 "xxxx" MMC-də əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, lakin son haqq hesabı ödənilməmişdir. Bu səbəbdən "xxxx" MMC-nin icraçı direktoru X7 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 900 manat məbləğində cərimə təyin edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə İR-X 004/11-24 saylı xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, "xxxx" MMC-də “Baş ofis” bölməsində “Mühasib” vəzifəsində işləyətən X5 ilə bağlanılmış 13FZFRM000300 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 "a" – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmiş, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək istifadə edilməmiş 38 məzuniyyət gününün son haqq-hesabının hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. X5 xx.xx.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onlayn qaydada müraciət edərək "xxxx" MMC tərəfindən onun əmək müqaviləsinə xitam verildikdən sonra son haqq-hesabın verilmədiyini bildirmiş və bu barədə araşdırılma aparılmasını xahiş etmişdir. X3 məxsus "xxxx" ASC-dəki əmək haqqı kart hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə ona iş yeri tərəfindən hər hansı ödəniş edilməmişdir. X2 X10 Xidmətinə xx.xx.2025-ci il tarixli elektron müraciətindən görünür ki, "xxxx" MMC-nin ona qarşı borcu qalmamışdır, bu səbəbdən şikayətindən imtina etmiş, onlara qarşı heç bir iddiası yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçiyə işdən çıxarkən ona düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün ödənilməməsi əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 900 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X1 hazırkı şikayətində X5 ilə bağlanmış əmək müqaviləsinə sonuncunun ərizəsinə əsasən xitam verildiyini, ona son haqq-hesabın ödənilməsinin əmr edildiyini, əmrin icra üçün göndərilməsinin təmin edildiyini, yəni son haqq-hesabın şikayətçinin maaş kartına köçürüldüyünü və sözügedən qərarın əsassız olduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin normalarından da məlum olduğu kimi, işəgötürən tərəfindən işçiyə işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməlidir. X4 tərəfindən qeyd olunan tələbə riayət olunmamış, X3 ödənilməli olan son haqq-hesab xx.xx.2024-cü il tarixindən sonra ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 06 mart 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-4558/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4558/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver