Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4559/2021 17.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru X10, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə, xx xxxxx 1985-ci ildə Bakı şəhərindı anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Natalya Vyaçeslavovnanı təhqir edərək xırda xuliqanlıq etmişdir. X5 barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X13 tərəfindən 19 mart 2021-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 17 dekabr 2021-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, NZS qəsəbəsində doğulub böyümüşdür. İorina Nataliya onunla qonşuluqda yaşayır. Təxminən 3 il öncə o, qonşusu Pərvanə Novruzova ilə və digər qonşularla yaşadıqları məhəllədə oturub söhbət etdiyikləri zaman Nataliya onlara yaxınlaşaraq bildirmişdir ki, onun pəncərəsinin qarşısına yığışmasınlar və həmin yerdən uzaqlaşsınlar. Nataliyanın sözləri ona pis təsir etmiş və onlar həmin yerdən uzaqlaşmışlar, sonra Nataliya dəfələrlə onların məhəllədə oynayan uşaqlarına qışqırıb, onları qovmuşdur. Bu səbəbdən onun və digər qonşuların Nataliya ilə münasibəti korlanmışdır və onların arasında mübahisə yaranmışdır. O və digər qonşular Nataliya ilə yolda qarşı qarşıya gələrkən o və atası onları təhqir etmişlər, onlarda cavablarını vermişlər. Yaşadıqları məhəllədə dəmir konstruksiyadan qeyri yaşayış sahəsi vardır. Həmin obyekti o, Pərvanə adlı qonşusundan icarəyə götürmüşdür və orada qadın salonu açmışdır. Təxminən 3 gün işləyəndən sonra Nataliya ondan şikayət etməyə başlamışdır və salonun qarşısından keçərkən onu atası ilə birlikdə təhqir edərək ölümlə təhdid etmişlər. Sonra Nataliyanın şikayətinə əsasən salonu bağlamışlar. Nataliya ilə həmişə sözlə mübahisə etmişlər, heç vaxtt fiziki olaraq dalaşmamışlar. Beləliklə o, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 izahat verərək göstərmişdir ki, 25 may 1021-ci il tarixdə Xətai Rayon Məhkəməsində onun döyülməyi ilə və yaşadığı məhəllədə qanunsuz ticarət obyektinin tikilməsi ilə əlaqədar aparılan prossesi ictimailəşdirmək məqsədi ilə jurnalistlər tərəfindən aparılmış çəkilişlər yotube kanalına yerləşdirilmişdir. NZS qəsəbəsinldə yaşayan X11 youtube kanalına yerləşdirilmiş videoçarxın altında onu və qonşuları Asimi və anası Briliantı söyüb təhqir etmişdir və qeyd olunan təhqirləri ictimayyət tərəfindən oxunmuşdur. Bu barədə o, 37-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Rəhilə bu barədə məlumat alan kimi ona Vatsap vasitəsi ilə karikatura göndərərək, elədiyi hərəkətlə əlaqədar heç bir cəza çəkməyəcəyini bildirmişdir. 30 oktyabr 2021-ci il tarixdə Rəhilə ona vatsap vasitəsi ilə atası ilə əlaqədar videoçəkiliş göndərərək onu və atasını təhqir etməyə başlamışdır. Eyni zamanda Rəhilə ona hədə qorxu gələrək ona qarşı fiziki zor tədbiq edəcəyini bildirmişdir. O, videoçarxa baxdıqda görmüşdür ki, 2013-cü ildə onun atas İorin Vyaçeslav qonşu həyətdən keçərkən təxminən 4-5 nəfər çavan oğlan atasına siqaret verirlər, siqaret atasının ağzında partlayır, bundan başqa atasının əynində olan geyiminin ciblərinə və alt paltarına pitardalar qoyurlar və pitardalar partlayaraq atasının bədəninə xəsarətlər yetirilir. Onu da bildirməlidir ki, bu çəkiliş 2013-cü ildə olmağına baxmayaraq o, çəkilişi Rəhilənin ona göndərdikdən sonra görmüşdür. 30.10.2021-ci il tarixdə “Feysbuk” vasitəsilə canlı efirə çıxmış və Rəhilə həmin videoçarxın aşağısında yenidən təhqir edici sözlər yazmışdır. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini. Məhkəmə iclasında X3 zərərçəkmiş şəxs X4 izahatında göstərdiyi faktları təsdiqləmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru X13 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 dekabr 2021-ci il tarixli MN saylı ******* saylı protokolda göstərilmişdir ki, X1 Natalya Vyaçeslavovnanı təhqir edərək xırda xuliqanlıq etmişdir. Bu səbəbdən X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirov tərəfindən qəbul edilmiş 26 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, X5 Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın surəti Xətai RPİnin 37-ci PŞ-nə göndərilmişdir; İnzibati xəta materiallarında olan “Whatsapp” tətbiqi vasitəsilə aparılmış yazışmalardan görünür ki, X11 zərərçəkmiş şəxs X2rşı nalayiq ifadələr istifadə edərək onu təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 535.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri izahatları, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, X5 məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, X5 bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxsin izahatını və inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xəta törətmiş X5 şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri – cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona 50 (əlli) manat məbləğində cərimə təyin edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4559/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4559/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver