Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4560/2020 29.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, xx xxxxxx 1966-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Daxili İşlər Nazirliyi Baş Dövlət X3 xx xxxx 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ilə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin inzibati təcrübə üzrə baş inspektor, polis mayoru Qədir Zeynalov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2 mərkəzi informasiya sisteminin çıxarışdan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixində saat 12:37-də idarə etdiyi “Toyota Prado minik” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba istiqaməti ilə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozmuşdur. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli EQ ******* saylı protokol tərtib edilmişdir. Belə ki, Daxili İşlər Nazirliyi Baş Dövlət X3 xx xxxx 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493.3-cü maddəsinə əsasən 50.0 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2 mərkəzi informasiya sisteminin çıxarışdan görünür ki, Şəxs təyin edilmiş cəriməyə, əlavə olaraq 30.0 (otuz) manat dəbbə pulu hesablanmışdır və onun ödəməli olduğu haqqın ümumi məbləği 80.0 (səksən) manat təşkil etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2 mərkəzi informasiya sisteminin çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2 xx xxxx 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ilə ona təyin edilmiş cəriməni və tətbiq edilmiş dəbbə pulunu, cəmi 80.0 (səksən) manatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2 hesabına tam olaraq ödəmişdir və onun qalıq borcu qalmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materialları əsasında tam sübuta yetirilmişdir. Lakin o, məhkəmə qərar qəbul edənədək xx xxxx 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ilə təyin edilmiş cəriməni və tətbiq edilmiş dəbbə pulunu tam olaraq ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətdən azad olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətdən azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-4560/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4560/2020
29.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver