Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4560/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X5, Zərərçəkmiş şəxsin nümayəndəsi X6, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3590/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və e-2(011)- 1100/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin tələbini yerinə yetirməmiş və bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasına qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Məmmədov X9 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, icra sənədləri barədə məlumatlıdır, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1100/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(011)- 3590/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən 15748,80 manat pul məbləğində ödənilməmiş borcu vardır. İcra sənədindən sonra X8 imkanı olmadığından heç bir ödəniş etməmişdir. Rəsmi iş yeri var, borcdan az-az ödəmək niyyətindədir, lakin tələbkar ilə razılığa gələ bilmirlər. Belə ki tələbkar ödənişin tam şəkildə edilməsini istəyir, lakin tam ödənişə imkanı yoxdur. Bundan əlavə Bakı şəhər Probasiya İdarəsi tərəfindən nəzarətdədir, bu səbəbdən də ölkədən çıxmaq və s. kimi hallar baş verə bilməz. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X10 izahat verərək bildirdi ki, 2021-ci ilin fevral ayında məhəllədə olarkən bir məhəllədə yaşadığı və tanıdığı Şəxs Covid-19 infeksiyası zamanı istifadə olunan Kleksan dərmanını Almaniya və Polşadan ucuz qiymətə Azərbaycana gətirib satışını həyata keçirdiyini və 2-3 qat gəlir əldə etdiyini bildirmişdir. Elnur pul verməklə bu işdən qazanmağı ona təklif etmişdir. X11 əvvəl Elnurun bu təklifinə razılıq verməmiş, lakin onu həvəsləndirdiyi üçün və israrından sonra 2021-ci il fevral ayının ortalarında əvvəllər yaşadığı ünvan 2 ünvanında ona ilk dəfə 800 manat pul vermişdir. Bundan 10-15 gün sonra Elnur verdiyi pulun ikiqatını ona qaytarmış və bildirmişdir ki, nə qədər çox pul versə iki qatını qaytaracaqdır. Bu sözündən sonra və verdiyi pulu vaxtında qaytardığına görə inanıb ona yenə pul verməyə razılaşmışdır. 2021-ci ilin mart ayının ortalarından 2021-ci il aprel ayının sonlarına kimi bir neçə dəfə, hər dəfə 2000 manat, 2500 manat, 3000 manat olmaqla Elnura ümumilikdə 19700 manat pul vermişdir. Elnur hər dəfə pulu alanda onun 2-3 qatını qaytaracağına vəd vermişdir. Lakin Elnur sonra gətirdiyi dərmanın gah labarotoriyadan keçmədiyini, gah lisenziya ala bilmədiyini, gah da aptekdə satılmadığını bəhanə gətirərək aldığı pulu və vəd verdiyi qazancı verməyi yubadmışdır. 2021-ci ilin aprel ayında X3 ilə görüşüb yol-nəqliyyat hadisəsi törətdiyini bildirib zərərçəkmiş şəxsə vermək üçün ondan 3000 manat pul istəmişdir. X11 ona aldığı 19700 manatı hələ də qaytarmadığını xatırlatmış və bununla bağlı anası Elnarə müəlliməyə zəng etmişdir. Anası bildirmişdir ki, ”Elnuru mənim yanıma o göndərmişdir, zərərçəkmiş şəxsə vermək üçün təcili 3000 manat pul lazımdır. Həmin pulu borc ver, mən söz verirəm ki, iki günə bütün borcla birlikdə sənə 25000 pul qaytaracam”. X1 müəllimənin xahişindən sonra Elnura əlavə 3000 manat pul vermişdir. Elnur vədinə əməl etməmiş və X4 aldığı 22700 manat pulu qaytarmamışdır. Bundan sonra Elnur barəsində polis orqanlarına müraciət etməli olmuşdur. Elnur polis idarəsində istintaqda verdiyi izahatında iddiaçıdan yalnız 17000 manat pul aldığını etiraf etmiş və tezliklə həmin borcu qaytaracağına söz vermişdir. Lakin, müəyyən müddət keçməsinə baxmayaraq Elnur həmin pulu qaytarmamışdır. Sonradan 3400 manat məbləğində pulu geri qaytarmışdır. Borcun tam şəkidə qaytarılmasını istəyir. Qeyd edilənlərin nəzərə alınaraq Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin X11 izahat verərək nümayəndəsinin izahatını təsdiq etmiş və Şəxs borcu tam şəkildə qaytarmadığı halda barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqından qərardan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3590/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-1100/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri birləşdirilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1100/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 13600 manat məbləğində pul vəsaiti və 130.80 manat məbləğində dövlət rüsumu tutularaq X8 ödənilməsi qət edilmişdir; icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, e- 2(011)-1100/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3590/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 319 manat ödənilməmiş hissə, 31 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1465 mant ödənilməmiş hissə, 146 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 420 manat ödənilməmiş hissə, 42 manat cərimə borcu, cəmi 2423 manat və 44.23 manat dövlət rüsumu "xxxx"MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, 2(011)-3590/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3590/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və e-2(011)- 1100/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Məmmədov X9 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşını, səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Məmmədov X9 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4560/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4560/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver