Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4566/2021 29.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə “X1 Dış Ticaret Limited Şirketi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: “X1 Dış Ticaret Limited Şirketi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən 09 oktyabr 2021-ci il tarixli İXP ******* nörməli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, hüquqi şəxs “X1 Dış Ticaret Limited Şirketi” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Renault Logan» markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1 Dış Ticaret Limited Şirketi” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1 Dış Ticaret Limited Şirketi” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusundan görünür ki, “X1 Dış Ticaret Limited Şirketi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Xətai rayonu, Ə.Quliyev küçəsi, ev 11/31, Babək plaza blok A, 3-cü mərtəbə ünvanı olmasına baxmayaraq, sorğu başqa ünvana, yəni Sabunçu rayonu, ünvan 2işdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqanın sorğu məktubu “X1 Dış Ticaret Limited Şirketi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına göndərilməmişdir. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusunun müəssisəsiyə daxil olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusu “X1 Dış Ticaret Limited Şirketi” Məhdud Məsuliyyətli Cəmiyyətinin üvnanına daxil olmamışdır. Buna görə də hüquqi şəxs “X1 Dış Ticaret Limited Şirketi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Hüquqi şəxs “X1 Dış Ticaret Limited Şirketi” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4566/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4566/2021
29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver