Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4589/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə , hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə 25 iyul 2024-cü il tarixli 14000-00967/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli **********3072, **********3082, **********3084, **********3086, **********3094, **********3098 və **********3105 sorğu nömrəli gömrük bəyannamə vasitələri 1 (bir) il müddətinə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək xx.xx.2024-cü il tarixinə kimi Gürcüstan Respublikasına aparılmışdır. Həmin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq “Auto Service" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitələri geri qaytarılmamış, həmçinin müddət bitənə kimi müddətin uzadılması üçün müraciət olunmamışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin və Şəxs səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin və Şəxs səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli **********3072, **********3082, **********3084, **********3086, **********3094, **********3098 və **********3105 sorğu nömrəli gömrük bəyannamə vasitələri 1 (bir) il müddətinə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək xx.xx.2024-cü il tarixinə kimi Gürcüstan Respublikasına aparılmışdır. Həmin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq “Auto Service" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitələri geri qaytarılmamış, həmçinin müddət bitənə kimi müddətin uzadılması üçün müraciət olunmamışdır; hüquqi şəxs Şəxs tərəfindən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə ünvanlanmış müvəqqəti idxal (ixrac) müddətlərinin uzadılmasına dair müraciət məktubudan görünür ki, xx.xx.2023-cü il tarixli **********3072, **********3082, **********3084, **********3086, **********3094, **********3098 və **********3105 sorğu nömrəli gömrük bəyannamə ilə rəsmiləşdirilmiş malların müvəqqəti ixrac müddətinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixədək uzadılması xahiş edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 iyul 2024-cü il tarixli 14000- 00967/24 nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli **********3072, **********3082, **********3084, **********3086, **********3094, **********3098 və **********3105 sorğu nömrəli gömrük bəyannamə vasitələri 1 (bir) il müddətinə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək xx.xx.2024-cü il tarixinə kimi Gürcüstan Respublikasına aparılmışdır. Həmin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq “Auto Service" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitələri geri qaytarılmamış, həmçinin müddət bitənə kimi müddətin uzadılması üçün müraciət olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 193-cü maddəsinə və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli qərarının 6.3-cü bəndinə əsasən prosedur sahibi müvəqqəti idxal müddəti basa çatanadək müddətin uzadılması barədə gömrük orqanına müraciət etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq “Auto Service" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitələri geri qaytarılmamış, həmçinin müddət bitənə kimi müddətin uzadılması üçün müraciət olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4589/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4589/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver