Məhkəmə qərarları › İş №3(011)-4590/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4590/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4590/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında 26 iyul 2024-cü il tarixli, 13000-01053/24 nömrəli protokol material ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materala əsasən, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-3200/012/003135 nömrəli raportuna əsasən, xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasından hüquqi şəxs "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixində **********6214 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmiş və beləliklə qeyd olunan gömrük bəyannaməsi vaxtında təqdim olunmamışdır. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMCnin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə xx.xx.2024-cü il tarixli, 13000-01053/24 nömrəli (EP 0118995) İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Sözügedən inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, “Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33-3200/012/003135 nömrəli raportuna əsasən, xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasından hüquqi şəxs "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixində **********6214 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş idarədə rəsmiləşdirilmiş və beləliklə də qeyd olunan gömrük bəyannaməsi vaxtında təqdim olunmamışdır”. Aşağıda qeyd edilən dəlillərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 13000-01053/24 (EP 0118995) nömrəli İnzibati xəta haqqında Protokol qanunsuz və əsassızdır, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: Belə ki, AR İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı məsuliyyət yaranması üçün əsas, Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsidir. Hər şeydən əvvəl qeyd etməyi zəruri hesab edir ki, şirkətin barəsində tərtib edilmiş inzibati protokolda göstərilən xx.xx.2024-cü il tarixi səhv göstərilməklə həqiqəti əks etdirmir. Bu xüsusatın həqiqəti əks etdirməməklə qərəzli mövqe sərgilənməsi faktı etiraza əlavə edilmiş 23702288 nömrəli qaimədə olan rəsmi möhür və ştamplarla öz təsdiqini tapır. Sözügedən qaimədən görünür ki, "xxxx" MMC-nin ünvanına göndərilən malları daşıyan və inzibati xəta haqqında protokola əlavə edilmiş “qoşma vərəq”də göstərilən 51824332, 54655097, 53946489, 57033151, 70706940, 51403541, 70713003, 73055584, 74871518, 70713201, 75165886 və 51541043 nömrəli yanacaq vaqonları 17 iyul 2024-cü il tarixində Rusiya Federasiyasının Samur X2 daxil olmuşdur. Həmin vaqonların Rusiya gömrüyündən çıxarış icazəsi X3 Xidməti (qeyd-ФТС России-Федеральная Таможенная Служба России) tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş və həmin qaiməyə bu barədə tarixi göstərilməklə möhür və ştamp vurulmuşdur. Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçən həmin vaqonlar yenə də 17 iyul 2024-cü il tarixində Azərbaycan Dəmir Yolları QSC-nin X1 daxil olmuş və qaiməyə bu barədə də müvafiq ştamp vurulmaqla qeyd aparılmışdır. Göründüyü kimi, sözügedən vaqonlar Azərbaycan Respublikası ərazisinə xx.xx.2024-cü il tarixində deyil, 17 iyul 2024-cü il tarixində daxil olmuşdur. Məlum olduğu kimi onlar tərəfindən xx.xx.2024-cü il tarixində **********6214 sorğu nömrəli gömrük bəyannaməsinin rəsmiləşdirilməsi barədə gömrük bəyannaməsi təqdim olunmuş ki, bu tərtib olunmuş inzibati xəta haqqında protokolda da öz əksini tapmaqla işin mübahisəsiz halıdır. Həmçinin onu da qeyd edir ki, 18 iyul 2024-cü il tarixində, saat 17:40-da həmin vaqonlar Azərbaycan Dəmir Yolları QSC-nin Səngəçal dəmiryol stansiyasına qəbul olmuşdur. Mövcud qaimə və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi "xxxx" MMC-nin ünvanına göndərilən malları daşıyan yanacaq vaqonları X1 xx.xx.2024-cü il tarixində daxil olmuşdur ki, bundan da 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixində onlar tərəfindən Protokolda qeyd edilən **********6214 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Həmçinin gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddətini müəyyən edən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Nəticə etibarı ilə, "xxxx" MMC tərəfindən AR Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinə tam şəkildə və yüksək səviyyədə riayət olunmuş, həmçinin qanunvericiliyinin gömrük bəyannaməsinin təqdim edilməsi müddəti ilə bağlı tələblərinə riayət olunmuşdur. Beləliklə, 17 iyul 2024-cü il tarixində Rusiya Federasiyasının Samur X2 daxil olmuş, həmin gün X3 Xidməti tərəfindən Rusiya gömrüyündən çıxarış icazəsi verilmiş, nömrələri və qaimə nömrəsi inzibati xəta haqqında protokola əlavə edilməklə məhkəməyə təqdim olunmuş yanacaq vaqonlarının 03 iyul 2024-cü il tarixində X4 qəbul olunmasının iddia edilməsi heç bir halda əsaslı ola bilməyəcəyi qədər də, texniki cəhətdən mümkün deyildir. Odur ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 13000- 01053/24 (EP 0118995) nömrəli İnzibati xəta haqqında Protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə işə və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 493-cü maddəsi üzrə tərtib olunmuş 26 iyul 2024-cü il tarixli, 13000-01053/24 nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasından hüquqi şəxs "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixində **********6214 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmiş və beləliklə qeyd olunan gömrük bəyannaməsi vaxtında təqdim olunmamışdır. Yəni, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, göstərilən 51824332, 54655097, 53946489, 57033151, 70706940, 51403541, 70713003, 73055584, 74871518, 70713201, 75165886 və 51541043 nömrəli yanacaq vaqonları 17 iyul 2024-cü il tarixində Rusiya Federasiyasının Samur X2 daxil olmuşdur. Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçən həmin vaqonlar yenə də 17 iyul 2024-cü il tarixində Azərbaycan Dəmir Yolları QSC-nin X1 daxil olmuşdur. "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixində **********6214 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətində inzibati xəta tərkibi olmadığına görə onun barəsində tərtib olunmuş 26 iyul 2024-cü il tarixli, 13000-01053/24 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDI: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar