Məhkəmə qərarları › İş №3(011)-4593/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4593/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4593/2025 21.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, X1 iştirakı ilə, X3 Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, **-HF-*** nömrəli avtomobillə hərəkətdə olarkən **-YP-*** nömrəli YPX polis, baş serjantı X6 ona heç bir görüntü olmadan yanında xəstə qardaşı olmasına baxmayaraq maşınını duracağa yerləşdirmişdir. Səbəb olaraq sürücülük vəsiqəsində 17 bal olduğunu və onu şəhər polisinə 30 nömrəli otağa göndərmişdir. Orada ondan 500 manat pul istəmişlər, o da işıqforun qırmızı işığında hərəkət etmədiyini demişdir. Onunla prinsipə düşüb onu sürücülükdən məhrum etmişlər. O da məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və şəxsin iştirakı təmin edilərək müvafiq araşdırma aparılmaqla işə yenidən baxılması və səlahiyyətli orqana qaytarılması qərara alınmışdır. Heç bir iştirakı olmadan və qərar icra edilmədən və araşdırılmadan yenidən xx.xx.2025-ci ildə öz qeyriqanuni əməllərindən əl çəkməyərək öz xeyirlərinə yenidən çirkin əməllərini etmişlər. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Bakı şəhər X13 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, inspektor onun arxasından gələrək onu öz mobil telefonu ilə çəkmiş və ona qadağanedici işıqda keçdiyini bildirmişdir. Lakin o, öz etirazını bildirərək belə bir halın beş vermədiyini demişdir. Yolda təhlükəsizlik kameralarının quraşdırılmasına baxmayaraq, hansı səbəbdən onun törətdiyi əməli məhz inspektor qeydə almış və yolda olan kameralar onu çəkməmişlər. Səlahiyyətli orqanın təqdim etdiyi videogörüntü ilə razılaşmır və onu sübut kimi qəbul etməkdən imtina edir. Məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan inspektor tərəfindən X3 törətdiyi inzibati xəta hadisəsini vizual olaraq görmüş, telefonu vasitəsi ilə hadisənin videogörüntüsünü qeydə almış və Kələntərov Emili saxlayaraq onun barəsində protokol tərtib etmişdir. Sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulmasını təsdiqləyən görüntüləri məhkəməyə təqdim edir və həmin videogörüntüyə baxış keçirdikdə Emin Kələntərovun sarı işıqda keçməsi açıq aşkar görünür. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X13 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixində, saat 11:02-də Bakı şəhəri, Xətai rayonu, Dəmirçizadə küçəsində “X12 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi və 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə bir il ərzində 20 və daha çox bal toplaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Məhkəməyə təqdim edilmiş 01 ədəd “CD-R” formatlı diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 11:02-də “X12 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir; 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” qanunun 59-cu maddəsinin 3-cü hissəsinin 4-cü bəndinə əsasən svetoforun sarı rəngli işığının yanması hərəkəti qadağan edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixində, saat 11:02-də Bakı şəhəri, Xətai rayonu, Dəmirçizadə küçəsində “X12 minik” markalı, **- HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi və 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə bir il ərzində 20 və daha çox bal toplaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. X2 məhkəmə iclasında verdiyi izahatında inspektorun onun arxasından gələrək onu öz mobil telefonu ilə çəkdiyini və ona qırmızı işıqda keçdiyini bildirdiyini, lakin o, öz etirazını bildirərək belə bir halın beş vermədiyini dediyini, yolda təhlükəsizlik kameralarının quraşdırılmasına baxmayaraq, hansı səbəbdən onun törətdiyi əməli məhz inspektorun qeydə aldığını və yolda olan kameraların onu çəkmədiyini, səlahiyyətli orqanın təqdim etdiyi videogörüntü ilə razılaşmadığını və onu sübut kimi qəbul etməkdən imtina etdiyini, barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar tərtib edildiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X3 barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta hadisəsinin videogörüntüsünə baxış keçirən zaman müəyyən olmuşdur ki, xx.xx.2025-ci il tarixində, saat 11:02-də Bakı şəhəri, Xətai rayonu, Dəmirçizadə küçəsində “X12 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə X3 məhkəmə iclasında verdiyi izahatını inzibati məsuliyyətdən yayınmaq üçün verilmiş izahat kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs qanunvericilikdə nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar