Məhkəmə qərarları › İş №3(011)-4598/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4598/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4598/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə 09 iyul 2024-cü il tarixli, 00100-01739/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********3201 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti İxrac” gömrük prosedurunda bəyan edilən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixinin xx.xx.2024-cü il tarix kimi müəyyən edilməsinə baxmayaraq, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitdikdən 2 (iki) gün sonra, yəni 20 may 2024-cü il tarixdə müvəqqəti ixrac gömrük prosedurunda aparılmış yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin xx.xx.2025-ci il tarixədək uzadılması üçün müraciət edilmiş və həmin müraciət BBGİ-də 3-33- 1100/1-011796/2024 nömrə ilə qeydə alınmışdır. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; hüquqi şəxs Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına dair xx.xx.2024-cü il tarixli, 3-33-1100/1-011796/2024 nömrəli müraciət məktubundan görünür ki, **********3201 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş malların müvəqqəti ixrac müddətinin xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək uzadılması xahiş edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 09 iyul 2024-cü il tarixli, 00100-01739/24 nömrəli protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********3201 sorğu gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti ixrac müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı gömrük orqanına gecikmə ilə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. Şəxs MMC tərəfindən **********3201 sorğu gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş yüklərin ümumi dəyəri 53300 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 193-cü maddəsinə və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli qərarının 6.3-cü bəndinə əsasən prosedur sahibi müvəqqəti idxal müddəti basa çatanadək müddətin uzadılması barədə gömrük orqanına müraciət etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********3201 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti ixrac” gömrük prosedurunda bəyan edilən malların ixrac müddətinin son tarixi xx.xx.2024-cü il tarix müəyyən edilsədə, həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı gömrük orqanına gecikmə ilə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar