Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-46/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəmənin icraatında olan eyni inzibati xəta haqqında iş üzrə olan 3(011)- 46/2024 saylı və 3(011)-47/2024 saylı materiallar bir icraatda birləşdirilməli və 3(011)- 47/2024 saylı iş kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutub Q Ə R A R A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 510-cu və 227-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsindən daxil olmuş 3(011)-46/2024 saylı və 3(011)-47/2024 saylı saylı materiallar bir icraatda birləşdirilsin və 3(011)-47/2024 saylı iş kimi baxılsın. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-46/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-46/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver