Məhkəmə qərarları › İş №3(011)-4607/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4607/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4607/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli, 2(004)- 5693/2017 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən 17 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli, 2(004)-5693/2017 saylı icra sənədinə əsasən,Şəxs hər ay xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlin yaşına çatana kimi saxlanılması üçün 136.6 manat, habelə uşağın üç yaşına çatana kimi maddi köməklik qismində 50 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Yaranmış zərurətlə bağlı olaraq Şəxs barəsində tərtib edilmiş inzibati protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli, 2(004)- 5693/2017 saylı icra sənədinə əsasən,Şəxs hər ay xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlin yaşına çatana kimi saxlanılması üçün 136.6 manat, habelə uşağın üç yaşına çatana kimi maddi köməklik qismində 50 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati protokola əsasən onun 8080 manat borcu olması qeyd edilmişdir. Lakin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli, 2(004)-5693/2017 saylı icra sənədi üzrə borc icra məmuru tərəfindən düzgün hesablanmamışdır. Belə ki, X2 ödənilmiş olan pul məbləğlərinin dəqiq hesanlanması üçün Zülfiyyə Ramazanlıya məxsus olan banka hesabından çıxarış üçün sorğu verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin məktubundan görünyü kimi, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmadan saxlanılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar