Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4611/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 ilə xx.xx.1978-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi, ev 15A-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, 17 avqust 2023-cü il tarixdə saat təxminən 14 radələrində Şəxs idarə etdiyi Chevrolet Cruze markalı **-UG-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, 8 Noyabr prospekti ilə Nargilə dairəsi istiqamətində yolun sağ kənarından 1-ci hərəkət zolağı ilə saatda təxminən 50-60 km surətlə hərəkətdə olarkən yolun sağ kənarında dayanmış Zərərçəkmiş şəxs2 məxsus «Kamaz» markalı **-TG-*** dövlət qeydiyyat nömrəli yük avtomobilinin arxasından toqquşmuş, nəticədə sərnişin Zərərçəkmiş şəxs1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər yetirilməsinə səbəb olmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 17 avqust 2023-cü il tarixdə saat təxminən 14 radələrində idarə etdiyi Chevrolet Cruze markalı **-UG-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, 8 Noyabr prospekti ilə Nargilə dairəsi istiqamətində yolun sağ kənarından 1-ci hərəkət zolağı ilə saatda təxminən 50-60 km surətlə hərəkətdə olarkən özünü narahat hiss etmiş və bir anlıq huşunu itirmiş, özünə gələrkən yola baxıb qəflətən qarşısında yolun sağ kənarında dayanmış Kamaz markalı avtomobili görmüşdür. Dərhal toqquşmadan yayınmaq üçün tormozlama edərək avtomobilini sol istiqamətdə yönəltmiş, lakin buna baxmayaraq həmin Kamaz markalı avtomobilin arxasından toqquşdur. Toqquşma zamanı avtomobildə olan qohumu Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Törətdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs1 ilə barışmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Şəxs ilə barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, izahatını təsdiq etdiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 izahatından görünür ki, «Kamaz» markalı **-TG-*** dövlət qeydiyyat nömrəli yük avtomobilini idarə edir. Qeyd olunan avtomobili icazə əsasında gecə saat 24.00-dan sonra səhər saat 06.00 kimi Bakı şəhəri ərazisində idarə edir. 17 avqust 2023-cü il tarixdə saat təxminən 13 radələrində idarə etdiyi Kamaz markalı **-TG-*** dövlət qediyyat nömrəli yük avtomobilini 8 Noyabr prospektində yolun sağ kənarında saxlamış və evinə getmişdir. Saat təxminən 15.30-da ona məlumat verilmişdir ki, 8 Noyabr prospekti ilə hərəkətdə olan avtomobil onun saxladığı avtomobilin arxa hissəsində toqquşmuşdur. Toqquşma zamanı avtomobilinin arxa hissəsi zədələnmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Teymur Ağamirov tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 23 sentyabr 2023-cü il tarixli 973 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ qaş, sağ yanaq, alt çənə boyun nahiyəsinin əzilmiş yaraları, burun və üst dodaq nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə YNH zamanı törənə bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Şəxs ilə barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici hal kimi əməlindən səmimi peşmançılığı, zərərçəkmiş şəxs X3 ilə barışması müəyyən edilmiş, ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4611/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4611/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver