Məhkəmə qərarları › İş №3(011)-4624/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4624/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4624/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X6 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 15 avqust 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X3 sorğusuna əsasən mülkiyyətində olan “Hyundai Elantra minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X5 verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, protokolda ittihamın faktiki tərəfi əks olunmamışdır. Yalnız protokola əlavə edilmiş məktubda göstərilir ki, şirkətin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 77AE330 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən xx.xx.2024-cü il tarixində saat 11:59-da inzibati xəta törədilmişdir və şirkət tərəfindən nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş olunur. Protokol qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Xətai DYPŞdən şirkətə heç bir sorğu daxil olmamışdır. İlk növbədə qeyd edilməlidir ki, protokola əlavə edilən sənədlərdən və irəli sürülən ittihamdan (hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın vəzifəli şəxsin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXMin 347-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur) belə başa düşmək olur ki, guya hüquqi şəxsin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 77AE330 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumat şirkətdən sorğu ilə tələb edilmiş və həmin sorğuya daxil olduğu vaxtdan 5 gün müddətində cavab verilməmişdir. Halbuki, şirkətə Xətai DYPŞ-dən bu məzmunda heç bir sorğu daxil olmamışdır. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, sorğunun hansı ünvana çatdırılması qeyd edilməmişdir, sorğunun "xxxx" soyadlı şəxsə şəxsən xx.xx.2024-cü il tarixdə verilməsi qeyd edilmişdir və həmin soyadlı şəxs imza etmişdir. Şirkətin isə nə "xxxx" soyadlı qeydiyyatçısı, nə də eyni soyadlı qanuni təmsilçisi vardır. Şirkətin qanuni təmsilçisi (direktoru) X1. Bununla yanaşı, qeyd edilməlidir ki, Xətai DYPŞ-dən şirkətə, o cümlədən şirkətin Xətai rayonu, Yusif Səfərov 19 ünvanında yerləşən ofisinə xx.xx.2024-cü il tarixdə hər hansı bir sorğu daxil olmayıb. Bu xəbərnamənin üzərində əks olunmuş məktubun izləmə nömrəsindən də aydın olur. Belə ki, açıq mənbə məlumatı olan https://www.azerpost.az/az/tracking/ vebsaytı üzərindən poçt göndərişlərinin izləməsi üzrə yoxlama apardıqda, müəyyən edilir ki, SX031041416AZ izləmə kodu üzrə məlumat aşkar edilmir. Bu isə ona işarə edir ki, şirkət hər hansı bir qanuni öhdəliyi pozmadığı halda, vəzifəli şəxs həmin halları araşdırmadan Şirkətin sorğunu almadığını dəqiqləşdirmədən əsassız və qanunsuz Protokol tərtib etmişdir. Vəzifəli şəxs işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırsaydı, müəyyən edərdi ki, Şəxs MMC-yə Xətai DYPŞ-dən sorğu göndərilməyib, əgər sorğu göndərilibsə belə, sorğu həmin müəssisəyə çatmayıb. Bu səbəbdən onun əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Vəzifəli şəxs isə mühüm əhəmiyyət kəsb edən faktı hərtərəfli, tam və obyektiv araşdırmadan İXM-in aşkar surətdə pozuntusuna yol verərək sübutsuz protokol tərtib etmişdir Oxşar iş üzrə Xətai Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixli 3(011)-4631/2023 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar ona görə qəbul edilmişdir ki, vəzifəli şəxsin sorğusu naməlum şəxs tərəfindən qəbul edilmiş və bununla da, vəzifəli şəxs sorğunun şirkətə daxil olmasını sübuta yetirməmişdir. Əməldə inzibati xəta tərkibi olmadıqda icraata xitam verilməsi barədə qərar qəbul edilir. Beləliklə o, göstərilənlərə əsasən barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X3 sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs mülkiyyətində olan “Hyundai Elantra minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən “Hyundai Elantra minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxsndən xahiş olunmuşdur; SX031041416AZ saylı xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X3 sorğu məktubu xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə çatdırılmış və xəbərnaməyə "xxxx" soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmiş, lakin sorğunu qəbul etmiş şəxsin adı, atasının adı və vəzifəsi göstərilməmişdir; Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X3 İnzibati təcrübə üzrə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 15 avqust 2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X3 sorğusuna əsasən mülkiyyətində olan “Hyundai Elantra minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X5 verməmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Şəxs MMC-yə barələrində başlanmış inzibati iş üzrə icraatda səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsinə dair məktubun göndərilməsini və tərtib olunmuş inzibati xəta haqqında protokolun hüquqi şəxsə çatdırılmasını təsdiqləyən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X3 sorğu məktubu xx.xx.2024-cü il tarixdə xəbərnaməyə "xxxx" soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmiş, lakin həmin sorğu məktubunu qəbul etmiş şəxsin adı, atasının adı və vəzifəsi xəbərnamədə tam olaraq göstərilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs səlahiyyətli orqanın sorğu məktubunu qəbul etməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar