Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4626/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlu, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli 05 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «İSUZU NPR 75 KD» yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «BAZARSTORE” MMC-nin nümayəndəsi X3 izahat verərək göstərdi ki, Xətai Rayon Polis İdarəsi tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Xətai Rayon Polis İdarəsi "xxxx" MMC-nin Xətai Rayon Polis İdarəsinin məktubuna aidiyyatı üzrə cavab verməsi üçün qanunla müəyyən edilmiş vaxtın bitməsini gözləmədən inzibati tənbeh vermə haqqında protokol tərtib etmişdir. İnzibati orqanın iş materiallarına əlavə etdiyi F.119 nömrəli poçt qəbzi ilə əlaqədar bildirir ki, qəbzin üzərinə məktubun xx.xx.2024-cü il tarixində göndərildiyi və xx.xx.2024-cü il tarixində çatdırıldığının qeyd olunması həmin qəbzin düzgünlüyünü şübhə altına alır. Tarixlərə diqqət etsək, uyğunsuzluğun olmasını bildirə bilərik. Bu səbəbdən həmin qəbz sübut kimi qiymətləndirilməməlidir. Bundan əlavə, həmin qəbz qeyd olunmuş məktub onlara gəlməmişdir. Xətai Rayon Polis İdarəsi tərəfindən göndərilən və onlara çatan məktubun qəbzinin nömrəsi F-20-dir. Beləliklə, İnzibati orqan iş üçün əhəmiyyətli olan halları sübut etmədən protokol tərtib etmişdir. Odur ki, həmin protokol işin faktiki hallarına uyğun deyildir. Bildiririk ki, Xətai Rayon Polis İdarəsinin məktubu "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə çatmış, həmin məktubda qeyd edilən inzibati xətaya yol vermiş şəxs barədə məlumatlar qanunla müəyyən edilən müddət ərzində Xətai Rayon Polis İdarəsinə sifarişli kuryer göndərişi vasitəsilə göndərilmişdir. Xətai Rayon Polis İdarəsinin məktubu çatdığı gün, yəni xx.xx.2024-cü il tarixində Xətai Rayon Polis İdarəsinin İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə tərtib etdiyi protokol üzrə inzibati cərimə xətanı törətmiş şəxs tərəfindən ödənilmişdir. Odur ki, Xətai Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2024-cü il tarixində "xxxx" MMC-yə daxil olmuş məktuba xx.xx.2024-cü il tarixində saat 19:27-də “İSUZU NPR 75 KD” YÜK markalı **-JH-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxsin 7.4-cü km Avtovağzal yolunda təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi qeyd edilmişdir. Məktuba cavab olaraq bildirmişlər ki, "xxxx" MMC-yə məxsus “İSUZU NPR 75 KD” YÜK markalı **-JH-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi qeyd edilən vaxtda, qeyd edilən ərazidə X2 tərəfindən idarə edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sorğusu xx.xx.2024-cü il tarixdə Şəxsnə göndərilmişdir. Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusundan görünür ki, Şəxsnə mülkiyyətində olan «İSUZU NPR 75 KD» yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 19:27-də idarə etmiş fiziki şəxs haqqında sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumat verilməsi bildirilmişdir. Məhkəməyə təqdim edilmiş 08 avqust 2024-cü il tarixli sorğuya cavabdan görünür ki, şirkətə daxil olan sorğuya cavab olaraq Şəxs MMC bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı «İSUZU NPR 75 KD» yük markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs X2 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDIM: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4626/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4626/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver