Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4649/2023 11.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X10 Klubu” İctimai Birliyinin etibarnamə üzrə nümayəndəsi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Hüquqi şəxs “X10 Klubu” İctimai Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs “X10 Klubu” İctimai Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi hüquqi şəxs “X10 Klubu” İctimai X1 ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlamadan müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X10 Klubu” İctimai Birliyinin etibarnamə üzrə nümayəndəsi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə sənədlər təqdim edərək bildirmişdir ki, Futbol Klubunun onun fəaliyyəti ilə əlaqədar xidmətlər göstərilməsi üçün digər şəxslərlə müqavilə bağlamaq hüququ vardır və buna əsasən də mülki hüquq subyekti kimi iradə sərbəstliyi və müqavilə azadlığı hüququndan istifadə etməklə X7 ilə əməkdaşlıq etmək məqsədilə tapşırıq müqaviləsi bağlanmışdır. X7 həmin müqavilə əsasında xidmət göstərmiş və ona razılaşdırılmış xidmət haqqı və digər ödənişlər edilmişdir ki, belə olan halda əməldə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin olması istisna edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında qeyd edilir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki- hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. X5 əsaslanaraq hazırki iş üzrə tərəflər arasında olan münasibətlərin məhz mülki-hüquqi münasibət olduğunu tamamilə aydınlaşdırmaq üçün bir sıra mühüm məqamları nəzərinizə çatdırmalıyıq. Belə ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X7 ilə “X10 Klubu " İctimai Birliyi arasında xx.xx.2022-ci il tarixində yazılı şəkildə tapşırıq müqaviləsi bağlanmış və müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən X7 (vəkalət alan) “X10 Klubu " İctimai Birliyini ( vəkalət verən) məşqçi olaraq təmsil etmiş, “Səbail PFK" İctimai Birliyi isə məşqçi kimi xidməti fəaliyyətini göstərməsi üçün ona lazımi şərait yaradılmasını təmin etmişdir. Və nəzərinizə çatdırırıq ki, Əmirov Zaurla bağlanan müqavilə üzrə əmək münasibətlərinə əsaslanan hər hansı zəruri tələb və şərt müəyyən olunmamışdır. Belə ki, həmin şəxsin hər hansı vəzifəyə təyin edilməsi, iş saatları, nahar fasiləsi vaxtları və s. kimi məsələlər müəyyənləşdirilməmişdir. Ödəniş olaraq isə müqavilə imzalandığı tarixdən etibarən hər ay üçün bütün vergilər çıxılmaqla xalis 750 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə sözügedən tapşırıq müqaviləsinin bir illik müddətə bağlandığını qeyd etməliyik. KM-in X5 əsasən mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Eləcə də müqavilənin bir illik müddətə bağlanması o deməkdir ki, vəkalət alanın fəaliyyəti dövri xarakter daşımışdır və bunun da mülki-hüquqi müqavilələrə xas əlamət olduğu aydın məsələdir. Daha sonra qeyd edək ki, əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olmalıdır, əks halda işçinin intizam tənbehinə məruz qaldığı məlumdur. Sözügedən mülki-hüquqi müqavilədə isə sadəcə tərəflərin müqavilənin bərabərhüquqlu subyektləri kimi öhdəliklərim yerinə yetirməyəcəkləri halda qanunvericiliyə uyğun məsuliyyət daşıyacaqları nəzərdə tutulmuşdur. Bu hal və ümumiyyətlə sözügedən tapşırıq müqaviləsinin tərəflərin hüquqi bərabərliyi və mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanması tərəflər arasında olan münasibətin mülki-hüquqi münasibət olduğunu təsdiq edən mühüm faktdır. Eyni zamanda bildirilir ki, şikayətçi X7 “X10 Klubu” İB-dən şikayəti ona məvacibin verilməsi ilə bağlı olmuş, hər hansı əmək müqaviləsinin imzalanıb-imzalanmaması müraciət mövzusu olmamışdır. Belə olan halda inzibati orqanın ona ünvanlanmamış müraciətdə qeyd edilməyən halı araşdırması “İnzibati icraat haqqında” AR Qanunun tələblərinə ziddir. İnzibati orqanın müstəqil araşdırma çərçivəsində əmək müqaviləsinin imzalanması araşdırmaq səlahiyyəti AR İqtisaddiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsusdur. Belə ki, AR Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə görə “operativ vergi nəzarəti çərçivəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi halları aşkar edilə bilər. Sonda o da qeyd edilməlidir ki, mövcud Azərbaycan və dünya praktikasında bütün futbol klublarında məşqçi və baş məşqçilərlə əmək müqaviləsi deyil, özünəməxsus formata sahib tapşırıq və tapşırıq xarakterli xidmət müqavilələri imzalayırlar.Beləliklə qeyd etməliyik ki, X3 tapşırıq müqaviləsi əsasında xidmət göstərdiyi və tərəflər arasında faktiki olaraq əmək münasibətlərinin mövcud olmadığı təqdirdə həmin şəxslə əmək müqaviləsinin bağlanmasının tələb edilməsi absurddur. Və bunu əsas gətirərək inzibati tənbeh tətbiq etmə də tamamilə qanunazidddir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs “X10 Klubu” İctimai X1 ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlamadan müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 ərizəsinin surətindən görünür ki, o, 01 iyun 2022-ci il tarixindən rəsmi müqavilə əsasında “Səbail” X8 məşqçi kimi fəaliyyətə başlamışdır. Əmək müqaviləsi 31 may 2023-cü il tarixədək qüvvədə idi. Lakin iyun 2023-cü il tarixində o, “Səbail” PFK fəaliyyət göstərmişdir və buna baxmayaraq iyun ayı üzrə ona əmək haqqı ödənilməmişdir. Əmək haqqının ödənilməməsinin səbəbini "Səbail” PFK rəhbərliyi bildirdi ki, əmək müqaviləsinin müddəti uzadılan əməkdaşlara əmək haqqlar köçürülmüşdür. Əmək müqavilənin müddəti bitdiyini, iyun ayı üzrə könüllü işlədiyini xəbərdarlıq etməmişdirlər. “X10 Klubu” İctimai Birliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı məktubdan görünür ki, müvafiq ərizə ilə müraciət etmiş vətəndaş X7 ilə "Səbail" X11 arasında heç bir zaman əmək müqaviləsi mövcud olmamış, Z.Əmirov "Səbail" PFK-da "Tapşırıq müqaviləsi" (hüquqi mülki müqavilə) əsasında fəaliyyət göstərmişdir. Qeyd olunan müqavilə 18 iyun 2022-ci ildə bağlanmış və 31 may 2023-cü il tarixində başa çatmışdır. Müqavilənin başa çatdığı tarixə qədər "Səbail" PFK tərəfindən X3 bütün ödənişləri həyata keçirilmişdir. Hazırda "Səbail" PFK-nın Z.Əmirov ilə bağlı hər hansı hüquqi və maliyyə öhdəliyi yoxdur. 18 iyun 2022-ci il tarixli tapşırıq müqaviləsindən görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X7 ilə “X10 Klubu " İctimai Birliyi arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək yazılı şəkildə tapşırıq müqaviləsi bağlanmış və müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, X4 “X10 Klubu " İctimai Birliyi tərəfindən hər ay xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarı ilə mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki-hüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil. Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs “X10 Klubu” İctimai Birliyi tərəfindən X7 ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlamadan müyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X7 ilə “X10 Klubu" İctimai Birliyi arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək yazılı şəkildə tapşırıq müqaviləsi bağlanmış və müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş, hər ay xidmət haqqı ödənilmiş, bununla da “X10 Klubu " X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs “X10 Klubu" İctimai Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs “X10 Klubu” İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4649/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4649/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver