Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4650/2021 24.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Naxçıvan MR-sı, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naxçıvan MR-sı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiallaa açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs barəsində Bakı şəhər BPİ-nin DYPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 333.3-cü maddələri ilə 19.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs etibarnamə əsasında idarə etdiyi Toyota Prius minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 19.12.2021-ci il tarixdə saat 23:20 radələrində Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində geriyə dönməli olduğu yerdə sola dönərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yol kənarında olan beton səkiyə dəyərək maddi zərər vurmaqla yol nəqliyyat hadisəsi törətmiş, hadisədən sonra Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Buna görə də Bakı şəhər BPİ-nin DYPİ-nin YNH inspektoru polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 333.3-cü maddələri ilə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi Toyota Prius minik markalı **-BF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 19.12.2021-ci il tarixdə saat 23:20 radələrində sərxoş halda özü tək idarə etmiş, maşında heç kim olmamışdır. Həmin vaxt Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində hərəkət edərkən yolun kənarında olan səkiyə yüngülcə toxunmuşdur. Bundan sonra maşından düşmüş və idarə etdiyi maşına və toxunduğu səkiyə baxmışdır. Nə toxunduğu səkiyə, nədə idarə etdiyi maşına heç bir ziyan dəyməmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ziyan olmadığına görə onun barəsində heç bir şikayət daxil olmamış, eləcə də BPİ-nin DYPİ-nin YNH inspektoru tərəfindən də dəymiş ziyan barədə heç bir rəsmi sənəd (qüsur aktı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin arayışı) əldə olunmamışdır. Həmçinin həmin vaxt heç bir şəxsə də toxunmamışdır, nəqliyyat vasitəsinin sahibinin də ona qarşı şikayəti olmamış, hadisə zamanı özünə belə heç nə olmamışdır. Xəta nəticəsində nə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmiş, nə də zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qeyd etmiş, dönmə qaydasını pozduğunu, sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etməyini səmimi olaraq etiraf etdiyini, buna görə əməlindən peşman olduğunu,ilk dəfə belə səhfə yol verdiyini qeyd edərək ona cərimə növündə tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinin Yol-nəqliyyat hadisəsinin Sxemindən görünür ki, sürücü Şəxs Toyota Prius minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 19.12.2021-ci il tarixdə saat 23:20 radələrində Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində geriyə dönməli olduğu yerdə sola dönərək səkiyə toxunmuşdur. İş materiallarında olan 2/37424 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 20.12.2021-ci il tarixdə saat 00:05-də tibbi müayinədən keçmiş, müayinə nəticəsində onun alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Lakin işin faktiki halları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində avtoxuliqanlıq inzibati xəta tərkibinin olmadığına görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs etibarnamə əsasında idarə etdiyi Toyota Prius minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 19.12.2021-ci il tarixdə saat 23:20 radələrində Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində hərəkətdə olarkən səkiyə dəyməsi hadisəsi zamanı səkiyə dəymiş ziyanın məbləği, eləcə də Şəxs etibarnamə əsasında idarə etdiyi Toyota Prius minik markalı **-BF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın miqdarı barədə qüsur aktı iş materiallarına əlavə edilməmişdir.Zərərçəkmiş kimi heç kim işə cəlb edilməmiş və izaatlar alınmamışdır. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus olması ehtimal edilən yol kənarında olan səkiyə dəymiş ziyan barədə heç bir rəsmi arayış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən səlahiyyətli orqan tərəfindən əldə edilməyərək iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda Şəxs etibarnamə əsasında idarə etdiyi Toyota Prius minik markalı **- BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi X1 nəqliyyat vasitəsinə ziyan dəyməsinə dair heç bir ərizəsi, eləcə də nəqliyyat vasitəsinə ziyan dəyməsinə dair qüsur aktı iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən Şəxs barəsində protokol tərtib edilərkən onun sərxoş vəsiyyətdə nəqliyyat vasitəsi idarə etməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi, eləcə də zərər çəkmiş şəxsə maddi zərər vurulmasını təsdiq edəcək heç bir sübut əldə edilməmiş, formal mülahizələrə əsaslanaraq protokol tərtib edilərək kifayət qədər sübutlar olmadan tərtib edilərək protokol məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar,. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi, eləcə də zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta tərkibinin olmadığına görə xitam verilməlidir. Məhkəmə həmçinin Şəxs yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə və nəqliyyat vasitəsini sərxoş halda idarə etməsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs özünün səmimi etirafı ilə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi və nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə həmçinin Şəxs yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi ilə məsələni araşdırıb hesab edir ki, qeyd olunan maddə üzrə inzibati məsuliyyətə cəlb etmə məsələsi Daxili İşlər Nazirliyi X6 səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib barəsində tənbeh tədbir tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşlərə baxılması eyni orqana aid olmadığından Şəxs yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair hissədə protokola baxılması Daxili İşlər Nazirliyi X6 səlahiyyətinə aid olduğunundan həmin məsələnin həlli ilə bağlı qərarın surəti məlumat üçün Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin DYPİ-yə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair hissədə protokola baxılması məsələsinin həlli ilə bağlı qərarın surəti məlumat üçün Daxili İşlər Nazirliyi Bakı şəhər BPİnin DYPİ-yə göndərilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4650/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4650/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver