Məhkəmə qərarları › İş №3(011)-4650/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4650/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4650/2023 17.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1971-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 16 noyabr 2023-cü il tarixdə Xətai rayonu “Salam-Aleykum” restoranının arxasında yerləşən dayanacaqda dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qanunsuz olaraq parklanma fəaliyyəti ilə məşğul olmuşdur. Barəsində Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə inspektoru polis leytenantı Elvin İbrahimli tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərmişdir ki, 16 noyabr 2023-cü il tarixdə Xətai rayonu “Salam-Aleykum” restoranının arxasında yerləşən dayanacaqda parklanma fəaliyyəti ilə məşğul olduğuna görə polis bölməsinə dəvət edilmişdir. Barəsində İXM-nin 454-cü maddəsi ilə protokol tərtib olunaraq 80 manat cərimə edilmişdir. Polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdə heç bir tabesizlik göstərməyib bölməyə getmiş, polisin tələblərinə tabe olmuşdur. X1 Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 16 noyabr 2023cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan EXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi müəyyən edilmişdir. İş materiallarında olan EPQ ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 80 manat cərimə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadıqda yaranır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilməmişdir. Belə ki, qanunsuz olaraq parklanma fəaliyyəti ilə məşğul olma polisin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. O, qanunsuz olaraq parklanma fəaliyyəti ilə məşğul olduğuna görə xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 80 manat cərimə edilmişdir. Həmçinin inzibati xəta haqqında protokolda polisin qanuni tələbinin nədən ibarət olması göstərilməmiş, şəxsin hansı tələbə riayət etməməsi göstərilməmişdir. Polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdə heç bir tabesizlik göstərməyib bölməyə getmişdir. Buna görə də onun əməli polisin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. Məhkəmə iclası zamanı Şəxs polisin qanuni tələblərinə tabe olmaması faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini, iş materiallarını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.2.1 , 53, 105-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar